Ramin Quluzadəyə İTTİHAM - "Nazirliyin özünün binası ətrafında mobil internetin sürəti yox dərəcəsindədir"

23-10-2019, 14:35 330 dəfə baxılıb

Ramin Quluzadəyə İTTİHAM - "Nazirliyin özünün binası ətrafında mobil internetin sürəti yox dərəcəsindədir"

Son günlər ölkə ərazisində internetin zəif olması ilə bağlı iddialar səsləndirilir. Bir çoxları məsələ ilə əlaqədar provayderlərə müraciət edirlər. Qarşılığında isə istifadəçilərə heç bir problem olmadığını bildiriblər.

Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səsləndirilən iddiaları təkzib edərək internet sürətinin zəif olmadığını qeyd edib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə Sherg.az-a açıqlamasında bildirib ki, ölkəmizdə internet sürəti olduqca zəifdir.

Ekspertin sözlərinə görə, nəinki paytaxtda elə bölgələrdə durum olduqca acınacaqlıdır:

“Sizin saytınız vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təklif edirəm ki, çölə çıxıb nazirliyin ətrafında internetin sürətini ölçsün. Nazirliyin ətrafında mobil internetin sürəti yox dərəcəsindədir. Ümumiyyətlə, Azərbaycanda internetin keyfiyyəti və sürəti ilə bağlı vəziyyət biabırçıdır. Hesab edirəm ki, bu məsələyə dövlət səviyyəsində reaksiya verilməlidir. Azərbaycan interneti ölkədə gedən inkişaf səviyyəsinə, bütün sahələrdə gedən dinamik proseslərə ən uyğun gəlməyən sahədir. Beynəlxalq reytinqlərə baxsaq, bütün sahələrdə müsbət tendensiya gedir, yalnız internetlə bağlı mənfi hallar müşahidə olunur. Məsələ o yerə gəlib çatıb ki, Antiinhisar məsələlər üzrə Dövlət Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inhisarçı olmasını təsdiq edir. Lakin nazirlik bütün bunları təkzib edərək inhisarçı olmadığını bildirir. Belə olmaz, bu məsələyə sərt təpki vermək lazımdır. Regionlarda interntin sürəti isə tamamilə acınacaqlıdır. Məsələn, Xaçmazda “Aztelekom”dan başqa provayder yoxdur. Bu, çox biabırçı bir durumdur”.
0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR