Qazın qiyməti ucuzlaşacaq? - “Azəriqaz” təklifləri toplayır

20-11-2019, 13:46 352 dəfə baxılıb



Qazın qiyməti ucuzlaşacaq? - “Azəriqaz” təklifləri toplayır
İstixanalar qazın qiymətinin 10 qəpiyə endirilməsini istəyir.

Bununla bağlı təklif Xəzər rayonunda “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü ilə istixana sahibləri ilə keçirilən görüşdə səsləndirilib. Belə ki, 50-dək meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemləri dinlənilib. Onlar əsasən istixanalara verilən qazın hər kubmetrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər.

Maraqlıdır, “Azəriqaz” İstehsalat Birliyi istixana sahiblərinin təkliflərini aidiyyəti qurumlara təqdim ediblərmi?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Cebhe.info-ya açıqlamasında deyib ki, belə görüşlərdə səsləndirilən təkliflər ümumi təkliflər paketi formasına salınacaq və aidiyyatı üzrə təqdim olunacaq:



“Görüşdə də qeyd olundu ki, sahibkarların çox sərbəst şəkildə fikirlər səsləndirməsi çox yaxşı haldır. Bu görüşlər hələlik davam edəcək. Salyanda yaxın vaxtlarda sahibkarlaral belə görüş planlaşdırılır və bütün yerlərdən təkliflər yığılır. Növbəti mərhələlərdə bu təkliflər aidiyyatı instansiyalara təqdim olunacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR