“Kontakt home”dan “Şeş qoşa” qumarı: - fırıldaq, kələk…

8-01-2020, 11:06 511 dəfə baxılıb

“Kontakt home”dan “Şeş qoşa” qumarı: - fırıldaq, kələk…


“Kontakt Home” mağazalar şəbəkəsi Yeni İl ərəfəsində müştərilərinə “Şeş-Qoşa” kampaniyası keçirir. Buna kamapniyadan daha çox, azart, qumar da söyləmək olar.

Belə ki, əvvəlcə məhsulu seçirsən, nağd alacağını bildirirsən, qəbz verilir, sonra stəkanda zər atırsan. Əgər şeş qoşa düşərsə, mal pulsuz bağışlanır, beş qoşa gələrsə, 50 faizini nağd ödəyirsən, eləcə də dörd, üç, iki qoşa düşərsə, yəni 30-40 faizin pulunu verirsən.

Reportyor.info xəbər verir ki, ilk baxışdan cəlbedici görünən bu kampaniya əslində, reklam fırıldağından ibarətdir.

Çünki “Kontakt home” mağazalarına gələn müştərilərin əksəriyyəti kreditlə mal götürürlər. Bunu yaxşı hesablayan mağazalar şəbəkəsinin rəhbəri reklam naminə şeş qoşa qumarı təşkil edir.

Üstəlik, zər stəkanda atılır deyə nərd oynayanlar bilirlər ki, qoşa gəlməsi möcüzədir, təsadüf halda olur. Yəni, əldə zər atmaqla stəkanda zər atmaq arasında ciddi fərq var.

Digər tərəfdən, mağazalara gələn istehlakçıların böyük çoxluğu kreditlə mal alanlardır və bu kampaniyadan istifadə etmək, kredit şərtlərində müəyyən güzəştlər təklif olunması mümkün deyil.

Nağd alanların isə çoxu qoşa ata bilmir deyə elə nağda ödənişi nə qədərdirsə, verir, malını götürüb gedir. Nəticədə bu qurama, qumarxana tipli reklamla qazanan şirkət olur.

Hətta bu yaxınlarda şeş qoşa atan müştəriyə aldığı malı pulsuz verməkdən imtina ediblər. Gəncə şəhər sakini Novruzov Kamran Vilayət oğlu unikal.org-a deyib ki, “Gəncə Mall” Ticarət Mərkəzindəki “Kontakt Home”un mağazasına gedib:

“Mağazadan mənə əvvəlcə hansısa məişət avadanlığı almaq tövsiyyə edildi. Məndə 49 manata tefal aldım. Bundan sonra məni “Şeş-Qoşa”a oyunun keçirildiyi yerə apardılar. Zəri atan kimi, “şeş-qoşa” düşdü.

Onlardan pulsuz əşyanı tələb edəndə isə imtina etdilər. “Kontakt Home”un mağazasında çalışan xanımlardan biri mənə hədiyyə verilməyəcəyini bildirdi. Səbəbini isə soruşanda “Oyun keçirilən zaman görüntü çəkilməli idi.

Video çəkilmədiyi üçün atdığınız şeş-qoşa” ləğv edilir” söylədi. “Gəncə Mallın” kameraları hər yeri çəkdiyi halda, mənə yenidən zər atmağı tövsiyə etdilər. Mən isə bundan imtina edib, müvafiq yerlərə şikayət edəcəyimi söylədim”.

“Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı mediada müxtəlif illərdə, müxtəlif məsələlərlə əlaqədar şikayətlər yer alıb. “Kontakt Home” zay məhsullarını müxtəlif kampaniyalar adı altında əhaliyə satır.

Son günlər güclü reklamı gedən “Şeş- Qoşa at pulsuz apar” adı altında keçirilən kampaniya əslində nəyə hesablanıb? – bu barədə oxu24.com yazıb.

Vətəndaş Məcidov Mircəlal bildirib ki, 19 dekabr tarixində “Kontakt Home”un 28 may filialından “Fofmann” telefonu alıb. Sözügedən məhsulun nəğd pulunu mağazada ödəyən vətəndaş məhsulun özünü digər mağazadan, Sahil filialından əldə edib.

Bir neçə gündən sonra telefonun kamera hissəsində həddindən artıq qızma və telefonun anidən sönməsi probleminə görə vətəndaş mağazaya yaxınlaşıb. Telefonun ya dəyişdirilməsini, ya da geri qaytarılmasını istəyib.

Mağaza əvvəlcə telefonu özlərinin servis mərkəzi olan “Nizami” metro stansiyasının yanında, Şıxəli Qurbanov 19 ünvanında yerləşən “Servis Link” texniki servis mərkəzinə göndərir.

Həmin servis mərkəzi mağazanın özünə məxsus olduğundan alınan mallarda qüsur aşkar edildiyi halda mənfi rəy vermir. Çünki mənfi rəy verilən malı mağaza cərimə almadan vətəndaşa qaytarmalıdır.

Bu isə şirkətin qurduğu oyundan pul qazanmadan çıxması deməkdir. Buna görə də servis vətəndaşa “məhsulda heç bir qüsur yoxdur” cavabını verir və vətəndaşı mağazaya göndərir. Maraqlı məqam budur ki, həmin rəy verilən kağız vətəndaşa təqdim olunmur.

Vətəndaş bildirir ki, yenidən məhsulu aldığı mağazaya qayıdan zaman onlar vətəndaşa yeni məhsul təklif ediblər. Vətəndaş bu mağazadan yeni məhsul tapa bilmədiyi üçün aldığı məhsulu Qanuna uyğun olaraq 14 gün müddətində geri qaytarmaq istədiyini deyəndə şirkətin yeni planı işə düşür.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR