Azərbaycanda taxıl qıtlığı gözlənilir? - Rəsmi cavab

24-04-2020, 19:21 188 dəfə baxılıb

Azərbaycanda taxıl qıtlığı gözlənilir? - Rəsmi cavab


“Bu gün ölkəmizdə təqribən 1,5 milyon ton civarında taxıl ehtiyatının formalaşdırılması üçün həm özəl, həm dövlət sektorunda olan anbar infrastrukturu formalaşdırılıb”.

Modern.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə AzTV- də məlumat verib.

O bildirib ki, bu sahədə iri emal güclərimiz formalaşdırılıb: “Un emalı sənayesi var ki, bunlar da ölkəyə lazım olan ərzağı, buğdanı iri partiyalarla öz idxal mənbələri hesabına müqavilələrlə təmin edirlər. Onlar da iri anbar ehtiyatlarına yerləşdirirlər. İlin əvvəlində vəziyyəti qiymətləndirəndə məlum oldu ki, bizim dövlət olaraq narahatlığımız yoxdur. Çünki anbarda kifayət qədər ehtiyatlarımız var.

Ümumi vəziyyət sabitdir. Mövsüm başlayanda bizim istehsal etdiyimiz ərzaq məhsullarının istehsal göstəriciləri üzrə proqnozlarımızı yüksək gözləyirik. Kartof, tərəvəz məhsulları üzrə istehsal göstəricilərimiz daha da artacaq. Taxılla bağlı da hərilki proqnozların reallaşacağını gözləyirik. Lazım olan ehtiyatlar üçün anbar və emal sənaye infrastrukturumuz formalaşıb”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR