Ramiz Mehdiyevin ailəsinin şirkətləri - Kəmaləddin Heydərovla da şərikdir...

10-05-2020, 23:28 480 dəfə baxılıb

Ramiz Mehdiyevin ailəsinin şirkətləri - Kəmaləddin Heydərovla da şərikdir...

Məşhur araşdırmaçı jurnalist Cavanşir Həsənli yeni araşdırması ilə sosial şəbəkələrdə paylaşım edib.

Araşdırmanı təqdim edirik:
"Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-ya təqaüdə göndərilmiş Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva (həyat yoldaşının soyadını götürüb) "TRANSMİT LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin 4 təsisçisindən biridir. Şirkət BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MƏHƏMMƏD İBN HİNDUŞAH ev.22-də hüquqi qeydiyyatdadır.
Sabiq administrasiya rəhbərinin kürəkəni, keçmiş deputat Əliyev İlham Əli Səftər oğlu isə "ASTORİYA TİBB MƏRKƏZİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin iki təsisçisindən biridir.


"Astoriya Tibb Mərkəzi " MMC 2012-ci ilin mayında Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 1000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.

Bakının İsmayıl bəy Qutqaşınlı küçəsi 51-də Mehdiyevin kürəkəninə məxsus, eyni adda klinika da fəaliyyət göstərir.

2015-ci ilin martında "Astoriya" Tibb Mərkəzində 29 yaşlı İlahə Musazadənin doğuş zamanı ölməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi qaldırılmışdı.

2015-ci ilədək Ramiz Mehdiyevin kürəkəninin sözügedən şirkətdəki şəriki SADIQOV FƏRİD AKİF oğlu olub. Şirkətin qanuni təmsilçisi Abbasov Gündüz Cümşüd oğlu, hüquqi ünvanı Yasamal rayonu Landau küçəsi 6-dır.
Mehdiyevlərə bağlı olan daha bir şitkət "KASPİAN TELEKOM" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİdir. 2005-ci ilin iyulunda qeydiyyatdan keçmiş "Kaspian Telekom"un qanuni təmsilçisi də Fərid Sadıqov olub.

"Kaspian Telekom" provayder şirkətdir, televiziya və internet xidmətləri operatoru kimi kabel televiziyası, IPTV, fiber-optik internet xidmətləri göstərir. AİLƏ TV bu şirkət tərəfindən yayımlanır.

2017-ci ildən şirkəti Orxan Əliyev Fikrət oğlu təmsil edir.

Mehdiyevin kürəkəninə məxsus "Astoriya" MMC-nin hüquqi qeydiyyatda olduğu Landau küçəsi 6 ünvanında onunla eyni gündə daha bir şirkət - "TNH" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyatdan keçib.

Şirkətin təsisçiləri Kəmaləddin Heydərova məxsus "GİLAN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ və "HİKMƏT İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, qanuni təmsilçisi isə ƏŞRƏFOV ZAUR OQTAY oğlu olub.

Həm Ramiz Mehdiyevin kürəkəninin şəriki Fərid Sadıqov, həm də Kəmaləddin Heydərova məxsus törəmə şirkətin rəhbəri Zaur Əşrəfov 2015-ci ildə Xətai rayonu Zığ yolu, 16 ünvanda baş vermiş dəhşətli yanğına görə Cinayət Məcəlləsinin 225.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunublar.

Yanğının səbəb olduğu poliuretan üzlüklər Kəmaləddin Heydərova məxsus “TNH” şirkəti tərəfindən istehsal olunmuşdu. Üzlüklərin odadavamlı olmasına isə Heydərovun rəhbərlik etdiyi FHN rəy vermişdi.
Yeri gəlmişkən, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev 2014-cü ildən FHN-də Kəmaləddin Heydərovun müavinidir."

Ramiz Mehdiyevin ailəsinin şirkətləri - Kəmaləddin Heydərovla da şərikdir...

Ramiz Mehdiyevin ailəsinin şirkətləri - Kəmaləddin Heydərovla da şərikdir...
Ramiz Mehdiyevin ailəsinin şirkətləri - Kəmaləddin Heydərovla da şərikdir...
Ramiz Mehdiyevin ailəsinin şirkətləri - Kəmaləddin Heydərovla da şərikdir...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR