Dünya “evdə qal”dı: Azərbaycanlılar milyardlarını itirdi - SİYAHI

27-05-2020, 12:33 228 dəfə baxılıb

Koronavirus pandemiyası bir sıra nəticələr doğurur.

Belə ki, bəzi milyarderlər bu dönəmdən karlı çıxıb, bəzilərinin büdcəsi mənfiyə doğru gedib. Virusun gətirdiyi böhrana dözməyib canına qəsdən edən milyarder adına da rast gəlmək olar.

Cebhe.info xəbər verir ki, bir sıra milyarder 23 martdan 22 maya qədər 255 milyard ABŞ dolları qazanıb.

COVID-19 pandemiyası dövründə ən çox gəliri “Facebook”un yaradıcısı Mark Zukerberq əldə edib. Onun gəliri 31,4 milyard ABŞ dolları artaraq 86,5 milyard ABŞ dollarına çatıb. Şirkətin səhmləri təqribən 60 faiz bahalaşıb.

Dünyanın ən varlı adamı - “Amazon” şirkətinin rəhbəri Ceff Bezos göstərilən müddətdə 29,9 milyard qazanaraq kapitalını 146,9 milyard ABŞ dollara qədər artırıb. Dünyanın ən varlı 25 iş adamının cəmi sərvəti 1,5 trilyon ABŞ dollarına çatıb.

Jurnalistlərin fikrincə, bu, bütün “Forbes” milyarderlərinin sərvətinin 16 faizini təşkil edir. Lakin koronavirus həm də ayrı-ayrı iş adamlarının, milyarderlərin büdcəsinə mənfi təsir edib.

Martın 9-da birja indekslərinin azalması ucbatından rusiyalı milyarderlərin itkisi 8,8 milyard dolları keçib.

Məlumata görə, ən böyük itkiyə “Lukoyl”un rəhbərləri məruz qalıb.

Belə ki, “Lukoyl”un rəhbəri Vahid Ələkbərov şirkətin qiymətli kağızlarının 10% ucuzlaşması ucbatından 2,1 milyard dollar itirib. Onun ortağı Leonid Fedun isə 904 milyon dollar itkiyə məruz qalıb. “Forbes” jurnalı isə sözügedən epidemiyaya görə dünyanın ən çox maliyyə itkisi yaşamış milyarderlərinin onluğunu çap edib. “Amazon”un rəhbəri Ceff Bezos.

Onun itkisi əvvəlcə 14,1 milyard dollardır. Dünyanın dördüncü varlı şəxsi Uorren Baffet 9,8 milyard dollar itirib.

“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask isə 8,9 milyard dollar itkiyləüzləşib. “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bu müddətdə əvvəlcə 8,5 milyard dollar itirsədə.sonradan o da qazananlar siyahısında olub. “Oracle” şirkətinin banisi Larri Ellison 7,7 milard dolları ilə vidalaşmalı olub. “Louis Vuitton” şirkətlər qrupunun rəhbəri və Avropanın ən varlı şəxsi Vernar Arnonun büdcəsindən isə 7,4 milyard dollar gedib. “Google” şirkətinin banilərindən biri Larri Peyc 7,3 milyard dollar itirib. “Google” şirkətinin digər rəhbəri Serger Brin isə 7 milyard dolları ilə vidalaşıb. “Microsoft”un rəhbəri Bill Geyts 6,6 milyard dollar itirib. “Zara” şirkətlər qrupunun banisi Amansio Arteqa isə 6,1 milyard dollar itki ilə siyahını tamamlayır.

Rusiyadakı "Crocus Group"un rəhbəri, azərbaycanlı milyarder Araz Ağalarov da koronavirusun biznesinə ziyanından danışıb.

O, biznesini batan gəmiyə bənzədib. Hətta aprel ayında əməkdaşların maaşını ödəmək üçün pul kifayət etməyib. Buna görə də milyarder dövlətdən kömək istəyib. Ağalarovun sözlərinə görə, "Crocus Group"da 15 min nəfər çalışır. Maaşlar üçün isə milyard rubl tələb olunub: "15 min nəfərlik gəmi yavaş-yavaş kapitanın gözü qarşısında dənizin dibinə çəkilir. Kapitan heç suyu da çəkə bilmir, çünki imkan verilmir".

Ağalarov qeyd edib ki, rəhbərlik etdiyi müəssisələrin koronavirusdan sonra da işləyə bilməsi üçün 2 aylıq vergi güzəştinə ehtiyacı var. Xatırladaq ki, hazırda Araz Ağalarov "Forbes"in jurnalının siyahısında 1,7 milyard dollarlıq sərvəti ilə 55-ci yeri tutur. Rusiyalı milyarder Dmitri Bosov isə intihar edib. Hadisə 52 yaşlı biznesmenın yaşadığı evdə baş verib. O, mayın 6-na keçən gecə özünü öldürüb. Adı “Forbes”in dünya zənginləri sıyahısında 86-cı yerdə olan Bosov “Sibantratsita” və “Vostokuql” şirkətlərinin, “Artplay” memarlıq və dizayn mərkəzinin sahibi olub.

İntiharın səbəbi məlum deyil.

Bəzi dairələr intiharı koronavrusla bağlı yaranmış vəziyyətlə əlaqədar iş adamının düşdüyü maliyyə çətinliyi ilə əlaqələndirir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR