Azərbaycanda benzinin qiyməti ucuzlaşacaq?-Rəsmi açqlama

20-11-2015, 14:08 795 dəfə baxılıb

Azərbaycanda benzinin qiyməti ucuzlaşacaq?-Rəsmi açqlama














Dünya bazarlarında neftin qiyməti aşağı düşdüyündən Azərbaycanda yanacağın qiymətinin ucuzlaşması gözlənilirdi

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az saytına bildirib ki, benzinin və digər yanacağın qiymətinin yenidən bahalaşacağı və ya ucuzlaşacağı gözlənilmir:

“Bununla bağlı Tarif Şurasına da müraciət daxil olmayıb”.

Azərbaycanda benzini Tarif Şurası sonuncu dəfə 2013-cü il dekabrın 2-də bahalaşdırıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR