Şirkətlər reklam boykotu elan etdi — Zukerberq 7 milyard dollar itirdi

5-07-2020, 13:31 252 dəfə baxılıb

Bir sıra şirkətlərin sosial şəbəkələrdə reklam yerləşdirməsini dayandırması Feysbuk şirkətinin rəhbəri Mark Zukerberqə baha başa gəlib - təxminən 7,2 milyard ABŞ dolları.

Coca-Cola, Verizon, Unilever və bir sıra iri korporasiyalar Feysbuk və ona aid platformalarda reklam yerləşdirilməsinin dayandırılmasını bəyan ediblər. Aksiyanı Amerikanın nüfuzlu hüquq müdafiə təşkilatları dəstəkləyib.

Reklam boykotu platformanın irqçilik və zorakılıq kimi mövzularda paylaşımların nizamlanmamasına görə baş verib.

Unilever-in sosial şəbəkə platformalarında reklam yerləşdirməsini boykot etməsindən sonra şirkətin səhmləri 8,3% azalıb.

Bloomberg milyarderlərinin reytinqinə əsasən, Zukerberqin aktivlərinin ümumi dəyəri 7,21 milyard ABŞ dolları azalıb və hazırda 82,3 milyard ABŞ dolları təşkil edir.

Milyarderlərin ilk üçlüyünə Zukerberqin əvəzinə LVMH (Louis Vuitton Moet Hennessy) şəbəkələrin baş direktoru Bernar Arno daxil olub.

Qeyd edək ki, Bernar Arnodan əlavə, həmin üçlükdə texnologiya şirkətlərin başçıları Ceff Bezos və Bill Qeyts yer alıb.

Milli.Az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR