100-dən artıq kanalı ödənişsiz izləmək mümkün oldu - Azərbaycanda

24-11-2015, 09:57 634 dəfə baxılıb

100-dən artıq kanalı ödənişsiz izləmək mümkün oldu - Azərbaycanda













Son günlər "Azərspace"də yayımlanan ödənişli kanalların ödənişsiz şəkildə yayımlanması əhalini çox sevindirib. Lakin kanalların nə məqsədlə ödənişsiz şəkildə yayımlanması da bir çoxlarında sual doğurub

Bu məsələ ilə bağlı "Azərcosmos" ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Fidan Behbudova bu məsələ bağlı sualları cavablandırıb. O bildirib ki, hazırda "Azərkosmos"un müəyyən müştəri bazası var və onlar kanal yayımında "Azerspace-1" peykinin resurslarından istifadə edirlər. Ödənişli paketdəki kanalların ödənişli və ya ödənişsiz formada yayımlamaq məhz müştərilərin qərarına bağlıdır:

"Şirkət olaraq, yalnız "Azerspace-1" peykinin resurslarını istifadə xidmətlərini təklif edirik. Hazırda ödənişsiz yayımlanan kanallar promo məqsədli müvəqqəti yayım ola bilər. Burda kanal yayımını həyata keçirən kabel televiziyaları nəzərdə tutulur. Bu halda ödənişli paketdə olan kanal sırf həmin müştərilərin seçimidir. "Azərkosmos" sadəcə "Azerspace-1" peykinin tutumlarını icarəyə verir, kanal yayımının ödənişli və ya ödənişsiz olması isə birbaşa kanallardan, müştərilərdən asılıdır". (atv.az)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR