“Yüz milyonlarla dollar kimin cibinə gedib?”

30-07-2020, 10:33 228 dəfə baxılıb

“Məmləkətin statistikası bərbad vəziyyətdədir, bunu artıq sübut etməyə də ehtiyac yoxdur. Ölkə 5 aydır karantin rejimindədir, iqtisadi aktivlik diblərdədir, evdən çıxmaq üçün ciddi məhdudiyyətlər var, küçələrdə avtomobil sayı ciddi azalıb, amma yanacaq istehlakı artıb”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, rəsmi rəqəmlərə görə, pulla ifadə olunan satış həcmi cəmi 0,2% azalsa da, Premium markalı benzinin qiymətinin ciddi endiyini nəzərə alsaq, satış fiziki həcm olaraq, yəni litr (ton) ifadəsində artıb:

“Keçən ilin yanvar-iyun aylarında ölkədə 988 mln. 100 min manatlıq yanacaq satılıb, başıbəlalı 2020-ci ilin yanvar-iyun aylarında isə bu məbləğdən cəmi 0,2% az, təqribən, 986 mln. manatlıq yanacaq satılıb. Amma keçən il Premium markalı benzin 1 manat 50 qəpik idi, 2020-ci ilin martında isə 1 manat 20 qəpiyə, sonra isə 1 manat 10 qəpiyə düşdü, indi yenə 1 manat 20 qəpiyə qalxıb. Yəni bu il 4 aya yaxın 95 markalı benzin, keçən ilin eyni dövrünə görə, az qala 20% daha ucuz satılır. Premium markalı benzinin satış həcmi böyük olmasa da, fiziki həcm olaraq rəsmi azalan pulla ifadəni, 0,2%-i artıqlaması ilə qapadır, yəni faktiki olaraq fiziki həcminə görə bu ilin ilk 6 ayında keçənilin ilk 6 ayına nizbətən daha çox yanacaq satılıb.

Deyə bilərsiniz ki, yanacaq satışında da rəsmiləşmə artıb, “ağ mühasibat” çoxalıb, ona görə belə vəziyyət yaranıb, olsun, o zaman bəs illərdir “levı” benzin-dizel satan, pulunu cibinə axıdan qruplar, insanlar niyə cəzalandırılmırlar?! Axı söhbət illərlə davam edən oğurluqdan, yüz milyonlarla dollardan gedə bilər!”.(yenisabah)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR