Smart sayğaclar mexaniki sayğaclarla niyə əvəzlənir? – “Azəriqaz”a SUALLAR

7-09-2020, 13:50 412 dəfə baxılıb

“Ötən ildən “Azəriqaz” smart tipli sayğaclardan istifadəni dayandırıb. Bakıdakı 2 milyona yaxın əhali abonentlərin smart tipli sayğacları tədricən mexaniki qaz sayğacları (Zenner G-4, və Natek G-4,) ilə əvəz olunur”.

Cebhe.info xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

O deyib ki, mexaniki sayğaclar 2018-ci ilin sonundan alınmağa başlanıb: “Mütəxəssislər bu sayğacları keyfiyyətsiz hesab edirlər. Bu halda bir neçə suala cavab almaq istərdim:

8 il bundan öncə çox baha qiymətə (220-250 AZN) aldığınız smart tipli sayğacı niyə yenidən mexaniki sayğacla (60-65 AZN) əvəz edirsiniz? İstismar müddəti qurtarıbsa, niyə yenidən smart tipli sayğacla əvəz etmirsiniz?

Baha və keyfiyyətsiz idisə, niyə alırdınız? Məqsəd? Mexaniki sayğaclar smart tipli sayğaclarla əvəz olunanda 2000-dək insanı işdən azad etdiniz. İxtisar etmədiniz, həmişəki kimi həmkarlar təşkilatının köməyi ilə razılaşma sənədinə qol çəkdirməklə onları yola saldınız. Bu sənədə qol çəkən işçi 5 aylıq kompensasiya alıb, öhdəlik götürür ki, gələcəkdə SOCAR və onun tərəfdaşlarının vakant yerlərlə bağlı elan etdiyi müsabiqələrdə iştirak etməsin. İşçilərin hər biri bu cümləni oxumadan qol çəkiblər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR