“Günəşli” yatağındakı yanğın Azərbaycanın neft hasilatına necə təsir edəcək? - ŞƏRH

5-12-2015, 13:18 855 dəfə baxılıb

“Günəşli” yatağındakı yanğın Azərbaycanın neft hasilatına necə təsir edəcək? - ŞƏRH

















“Yanğının BP şirkəti ilə əlaqəsi yoxdur”

Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Dayazsulu Günəşli”-nin 10-cu özülündə baş verən yanğın Azərbaycanın neft hasilatına 50 min ton ətrafında ziyan vura bilər. Bu o qədər də böyük itki deyil.

Bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban yatağın 10-cu özülündə baş verən yanğının Azərbaycanın neft hasilatına təsirindən danışarkən qeyd edib.

Onun sözlərinə görə, SOCAR yanında “Azneft” İstehsalat Birliyi hasil edilən ümumi neftin 60%-ni “Dayazsulu Günəşli” yatağından əldə edir:

“Azneft” İB hazırda təqribən 6,8-7 milyona yaxın neft hasil edirsə, bunun 60%-i bu yatağa aiddir. 900 min tondan yuxarı isə Neft daşları yatağında hasilat var”, - deyə mütəxəssis deyib.

İ.Şaban hasilat az olsa da belə, yanğının fəsadlarının gələcəkdə nə qədər ziyan verəcəyi barəsində rəqəmlərin olmadığını deyib:

“Ancaq istənilən halda biz bunu kapital məsələsinə çevirsək, bu yanğının fəsadlarının necə olduğu, nə qədər müddət davam edəcəyi bilinmir. O platformanı yenidən bərpa etmək mümkün olacaqmı? Axı bu gün əsas məsələ quyuların yenidən həyata qaytarılmasıdır. Bir quyunun qazılması çox böyük puldur. Özüldə artıq neft quyuları yanır”.

İ.Şaban baş verən yanğının BP şirkəti ilə heç bir əlaqəsi olmadığını, BP-yə “Günəşli” yatağının “Dərinsulu” hissəsinin aid olduğunu qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR