Azərbaycan nefti 42 dollara qədər bahalaşıb

28-10-2020, 16:25 211 dəfə baxılıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,05 ABŞ dolları, yaxud 2,59% artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 41,52 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR