Azərbaycanda 16 bankın mənfəəti azalıb - SİYAHI

1-02-2021, 15:47 194 dəfə baxılıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki (xalis) mənfəəti əvvəlki illə müqayisədə çox olub.

FED.az xəbər verir ki, bunlar "Kapital Bank”, "Turan Bank”, "Naxçıvan Bank” və "PAŞA Bank”dır.

Mənfəətini ən çox artıran "Kapital Bank” (2,2 dəfə), ən az artıran isə "PAŞA Bank” (29,5%) olub.
16 bankın isə (xalis) mənfəəti azalıb. Bunlar "AFB Bank”, "Bank VTB Azərbaycan”, "Xalq Bank”, "Azər-Türk Bank”, "Azərbaycan Sənaye Bankı”, "Zıraat Bank Azərbaycan”, "Bank of Baku”, "Unibank”, "Premium Bank”, "Azərbaycan Beynəlxalq Bankı”, "Express Bank”, "Yapı Kredi Bank Azərbaycan”, "Bank Respublika”, "Bank Avrasiya”, "Rabitəbank” və "Günay Bank”dır. Mənfəəti ən az azalmış bank "AFB Bank” (13,7%), ən çox azalmış bank isə "Günay Bank” (81,2%) olub.

1 bankın – Pakistan Milli Bankının Bakı filialının zərəri 47,1% azalıb.

3 bank – "Access Bank”, İran Milli Bankının Bakı filialı və "Muğan Bank” ötən ili mənfəətlə, əvvəlki ili zərərlə, 2 bank – "Bank BTB” və "Yelo Bank” isə ötən ili zərərlə, əvvəlki ili mənfəətlə başa vurub. Odur ki, bu bankların (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR