Tender kralı” Ramazan Mirzəyev pullarını belə xırıd edir...

5-05-2021, 09:05 174 dəfə baxılıb

Azərbaycanda adı "tender kralı" kimi tanınan və yüzlərlə MMC ilə dövlət satınalmalarında müxtəlif formalarda maxinasiyalar edərək milyonçuya çevrildiyi iddia olunan Ramazan Mirzəyev Bakı şəhərində oğlunun adına anbar tikdirir.

Xalqxeber.az-ın əldə etdiyi məlumata görə Nicat Mirəzyevin adına sənədləşdirilən və Bakı şəhəri, Binəqədi rayonu 53 və 306A ünvanında inşa edilən saxlanc anbarının ərazisi 850 kvadrat metrdi. Bildirək ki, 2 həftə öncə ölkə mətbuatında hacı Ramazanın oğlu Nicat Mirzəyevin adına Binəqədi rayonu ərazisində mebel fabriki inşa etməsi ilə bağlı məlumat yayılmışdı. İnşa edilən fabrikin ərazisinin dəyərinin iki milyon manata yaxın olduğu qeyd edilirdi.
Bildirək ki, hacı Ramazan Mirzəyevin adı uzun illərdir Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müxtəlif maxinasiyalarda hallanır. Belə ki, "tender”kralı Ramazan Mirzəyevə məxsus mmc-lər illərdi BŞİH-nin keçirtdiyi tenderlərin qalibi elan olunur. Məhz bu tenderlər sayəsində Ramazan Mirzəyevin milyonçu iş adamına çevrildiyi ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR