Mərkəzi Bank xəbərdarlıq edir: Məktub saxtadır – SƏNƏD

11-03-2016, 12:29 890 dəfə baxılıb

Mərkəzi Bank xəbərdarlıq edir: Məktub saxtadır – SƏNƏD












Dolların məzənnəsinin guya 1,2 manat olacağı barədə məlumat yayıldı

Mərkəzi Bank onun adından sosial şəbəkələrdə məktubun yayılmasına münasibət bildirib.

Mərkəzi Bankın yaydığı məlumatda deyilir:

“Sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb.

Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan “üzən məzənnə” siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur".

Mərkəzi Bank xəbərdarlıq edir: Məktub saxtadır – SƏNƏD


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR