Dohada saziş layihəsi: Neft hasilatı oktyabrın 1-dək məhdudlaşdırılacaq

17-04-2016, 12:33 662 dəfə baxılıb

Dohada saziş layihəsi: Neft hasilatı oktyabrın 1-dək məhdudlaşdırılacaq















Tərəflər Rusiyada görüşəcəklər

Neft hasilatının yanvar ayına olan səviyyədə məhdudlaşdırılması 2016-cı il oktyabrın 1-dək davam edəcək, neft hasil edən ölkələrin təkrar görüşü elə həmin ayda Rusiyada keçirilə bilər.

Bu barədə Reuters Doha sazişinin layihəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, tərəflər neftin aşağı qiymətləri ilə mübarizənin nəticələrini müzakirə etmək üçün Rusiyada görüşmək niyyətindədirlər.

Qeyd edək ki, bu gün Qətərin paytaxtı Dohada neft hasil edən ölkələrin hasilatın dondurulması ilə bağlı iclası keçiriləcək. İclasda Azərbaycan da iştirak edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR