Azərbaycanlılar 4 ayda 372 milyon manat kredit ödədi

24-05-2016, 09:17 573 dəfə baxılıb

Azərbaycanlılar 4 ayda 372 milyon manat kredit ödədi















Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1436,1 manat və ya ayda 359 manat olub

Azərbaycan əhalisinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisi artıb.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) xəbər verir.

Belə ki, bu ilin ilk 4 ayında Azərbaycan əhalisi gəlirlərinin 372 milyon 317 min manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib. Bu da ölkə əhalisinin cəmi gəlirlərinin 2,7%-nə bərabərdir.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkə əhalisi gəlirlərinin 2,1%-ni və ya 265 milyon 635 min manatını kreditlər üzrə faizlərə xərcləyib.

Xatırladaq ki, bu ilin yanvar- aprel aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9% artaraq 13 milyard 789,5 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1436,1 manat və ya ayda 359 manat olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR