Bakı metrosu yeni karta keçdi

6-08-2015, 13:17 850 dəfə baxılıb

Bakı metrosu yeni karta keçdi





















Köhnə kartların işləməyəcəyi tarix açıqlandı

Bu gün Bakı Metrosunda yeni karta – “Bakıkart”a keçidlə bağlı təqdimat keçirilib.

“Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev bildirib ki, avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartların istifadəsinə başlanılacaq.

““BakıKart Məhdud istifadə üçün” kağızdan hazırlanıb və onunla maksimum 4 gediş mümkündür. İstifadədən sonra həmin kartı atmaq olar.

“Plastik “BakıKart” qiyməti 2 manatdır. Həmin pul kartın balansına yüklənir. Kart geri qaytarılmır”, - o deyib.

Ceyhun Əliyevin sözlərinə görə, kağız metro kartı Bakıya müvvəqqəti olaraq gələn qonaqlar üçün istifadəyə veriləcək və onun qiyməti 20 qəpikdir.

“Hər iki kartda xüsusi çiplər quraşdırılıb. Tariflərdə hər hansı bir dəyişikliyin edilməsi nəzərdə tutulmayıb”, - o qeyd edib.

Layihə rəhbəri bildirib ki, “Bakıkart”ın satışı avqustun 8-də başlayacaq.

“Avqust ayının 15-dək həm “Bakıkart”, həm də köhnə “Metrokart” satışda olacaq. Həmin tarixdən etibarən köhnə kartların satışı, eyni zamanda balans yükləməsi dayandırılacaq. Sentyabrın 30-dək köhnə metrokartın istifadəsi mümkün olacaq. Həmin tarixdən etibarən köhnə kartlar ümumiyyətlə ləğv olunacaq”, - Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, sərnişinlər avqustun 8-dən sonra köhnə kartdan istifadə etmək istəmədikdə, həmin kartın 2 manat təşkil edən depozit məbləğini və balansındakı yeni vəsaiti “Bakıkarta” yükləyə bilərlər.

“Köhnə metro kartı ilə bərabər “Bakıkartı” xəzinədara təqdim edirsiniz və xəzinədar köhnə kartın balansı ilə depozit məbləğini kartını yeni “Bakıkarta” yükləyəcək. Avqustun 15-dək kartın girov dəyəri – 2 manatı geri almaq olar. Ayın 15-dən sentyabrın 30-dək isə 2 manat yalnız yeni kartın balansına yüklənə bilər”, - deyə, o, bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR