"Biz Allaha inanırıq" - DOLLARın ad günü oldu

7-07-2016, 11:15 605 dəfə baxılıb

"Biz Allaha inanırıq" - DOLLARın ad günü oldu







1785-cı il iyulun 6-da Birləşmiş Ştatların Kontinental Konqresi Tomas Ceffersonun təklifi ilə dolları ölkənin əsas pul vahidi elan edib. Beləliklə, Amerika Birləşmiş Ştatları birinci dövlət olaraq öz milli valyutasını dollar adlandırıb

Modern.az saytı ABŞ dolları ilə bağlı maraqlı faktları təqdim edir.

Dolların kağız əskinazlarının görünüşü ilk illər tez-tez dəyişib. 1928-ci ildən başlayaraq isə dolların dizaynında qismən sabitlik yaranmağa başlayıb və həmin il amerikalıların milli valyutasınıa ilk müasir görünüş verən rusiyalı mühacir Sergey Makronovski olub.

Hazırda dövriyyədə 1, 2, 5, 10, 50, 100 dollarlıq əskinazlar mövcuddur.

1934-cü ildə Amerika Birləşmiş Ştatlarında 100000 dollarlıq əskinas buraxılıb. Bu əskinas banklararası əməliyyatların aparılması üçün istifadə olunub. Həmin pulun üzərində ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun əksi olub.

Nominalından asılı olmayaraq bütün müasir dollarların ölçüsü eynidir: 155,956 x 66,294 mm.

100 dollardan ibarət 1 milyon dollar pulun çəkisi 10 kiloqram, 1 sentlərdən ibarət bu həcmdə pulun çəkisi isə 246 tondur.

Dollar əskinaslarının üzərində Amerikanın aşağıdakı tarixi şəxsiyyətlərinin əksi təsvir olunub:

1 Dollar - Corc Vaşinqton, ABŞ-ın birinci prezidenti

2 Dollar - Tomas Cefferson, ABŞ-ın üçüncü prezidenti

5 Dollar - Abraham Lincoln, ABŞ-ın 16-cı prezidenti

10 Dollar - Aleksandr Hamilton, ABŞ-ın ilk maliyyə naziri

20 Dollar - Endri Cekson, ABŞ-ın yeddinci prezidenti

50 Dollar - Uillis Qrant, ABŞ-ın on səkkizinci prezidenti

100 Dollar - Benjamin Franklin, ABŞ-ın banilərindən biri, siyasi nəzərriyəçi, alim.


“In God We Trust”- bu ifadənin tərcüməsi “Biz Allaha inanırıq” deməkdir. Bu ifadə ilk dəfə 1864-cü ildə Amerika qəpiklərinin üzərinə həkk olunub. Sonralar isə Konqressin qərarı ilə bu ifadə həm qəpiklərin, həm də kağız əskinazların üzərində öz əksini tapmağa başlayıb.

ABŞ dollarının hazırlanması üçün istifadə olunan materialın tərkibi 75 faiz pambıqdan və 25 faiz kətandan ibarətdir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR