Neftin qiymətində ucuzlaşma

9-02-2018, 08:15 501 dəfə baxılıb

Neftin qiymətində ucuzlaşma














CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 68,18 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,94 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 67,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 7-də 63,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 7-də 65,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,08 dollar/barel azdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR