Elşad Miri: Azərbaycanlılar həccə alver üçün gedir

5-09-2015, 11:40 798 dəfə baxılıb

Elşad Miri: Azərbaycanlılar həccə alver üçün gedir

















“Ölkəyə bəlli mallar gətirirlər”

Mən bundan əvvəl də demişəm ki, ən bahalı Həcc ziyarətini məhz Azərbaycan təşkil edir.

Qiymətlərin ən bahalısı məhz burdadı. Halbuki qiymətləri əlçatan etməyin bir çox üsulları var, necə ki, bunu digər müsəlman ölkələri, qonşu Türkiyə, İran edir. Bizdə isə tamam başqadır.

Vətəndaşların illik gəlirləri azaldığı bir vaxtda, qiymətlər durmadan artır. Heç bir güzəşt, sərfəli şərtlər də yoxdur. Belədə kvotanın dolmaması əlbəttə, təbiidir.

Bunu “Şərq” qəzetinə müsahibəsində ilahiyyatçı Elşad Miri Azərbaycandan bu il Həcc ziyarəti üçün ayrılan kvotanın dolmaması barədə məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, dəqiq olan budur ki, Azərbaycandan Həcc ziyarətinə gedənlərin əksəriyyəti artıq dəfələrlə Həcdə olmuş şəxslərdir.

“Bunların bir qismi Həcc mövsümünə sırf ticari məqsədlərlə yanaşan adamlardır, hər il Həcc mövsümündə onlar Səudiyyə Ərəbistanına səfər edir, gəlir əldə etmək məqsədilə ticarətlə məşğul olur, ölkəyə bəlli mallar gətirirlər. Bir qisim isə maddi cəhətdən imkanlı adamlardır. Onlar üçün 4700 dollar nədir, 5000-6000 dollar ödəyib ziyarətə getməyin heç bir sıxıntısı yoxdur.

Bu insanlar arasında səmimiləri də olur. Onlar həqiqətən də müqəddəs ayda, müqəddəs günlərdə Məkkədə, Mədinədə olub dünya müsəlmanları ilə birlikdə ayinləri yerinə yetirmək istəyirlər və maddi imkanları buna yetdiyindən arzularının önünə sədd çəkmirlər”, - deyə, E. Miri bildirib.

İlahiyyatçı bildirib ki, Həcc ziyarətini arzulayıb gedə bilməyənlər kasıb təbəqənin nümayəndələridir.

“Amma Allah-təala “Qurani-Kərim”də yalnız imkanı çatan müsəlmanın Həcc ziyarətini yerinə yetirməsini vacib buyurur. Yəni, maddi imkanı çatmayan bir müsəlmanın özünü və ya ailəsini maddi sıxıntıya salaraq Həcc ziyarətinə getməsi məqbul deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR