Böyük dövlətin lotereyası da böyük olur - 2 MİLYARD DOLLAR...
ABŞ-ın Mega Millions lotereyasının təşkilatçıları rekord cek-pot oynayıblar - 1,6 milyard dollar.
Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə lotereyanın saytında məlumat verilir.
Hələlik kimlərin udması məlum deyil. Əgər lotereya kombinasiyasını heç kim tapmasa növbəti cek-pot 2 milyard dollara çatacaq.
25 oktyabrda Powerball lotereyası da daha bir rekord cek-pot oynayacaq - 600 milyon dollar.