Planetin ən varlı adamı iki günə neçə milyard itirdi?

1-11-2018, 08:14 443 dəfə baxılıb

Planetin ən varlı adamı iki günə neçə milyard itirdi?


Cibimizdən 20 qəpik düşüb itəndə xeyli pis oluruq. Adam da var ki, iki günə 20 milyard itirir, heç “uf” da demir.

Moderator.az Blomberg-ə istinadən xəbər verir ki, dünyanın ən zəngin insanı, Amazon internet-kompaniyasının əsasını qoyan və sahibi Ceff Bezos iki gün ərzində 20 milyard dollar itirib.
Dünyanın milyarderləri arasında belə qısa zamanda yeni maliyyə itkisi rekordu müəyyən edilib. Əvvəlki rekord bu ilin 27 iyulunda qeydə alınmışdı: Mark Zukerberq Facebokun aksiyaları 20% düşdüyündən 16,5 milyard dollar itirmişdi.

Blomberg bildirir ki, Bezosun da kasıblamasının səbəbi Amazonun qiymətli kağızlarının 7,8% ucuzlaşması olub. Oktyabrın 26-dan 29-na kimi daha 6,3% ucuzlaşma baş verib. Nəticədə Blomberg Bezosun sərvətini 128,1 milyard dollar məbləğində dəyərləndirir, amma keçən ayın əvvəlində bu sərvət 167,7 milyard dollar idi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR