Vergi Məcəlləsinə dəyişikliklər biznesin maraqlarını nəzərə alır - RƏSMİ

3-12-2018, 20:14 340 dəfə baxılıb

Vergi Məcəlləsinə dəyişikliklər biznesin maraqlarını nəzərə alır - RƏSMİ

Azərbaycanın Vergi Məcəlləsinə 2019-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər biznesin maraqlarını nəzərə alır və strateji yol xəritələrinə uyğun hazırlanıb.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva mətbuat konfransında deyib.

O qeyd edib ki, dəyişikliklər strateji yol xəritələrinə nazirlik qarşısında qoyulan öhdəliklərin icra olunmasına yönəlib:

“Bu dəyişikliklərin hazırlanması prosesində sahibkarlarla görüşlər keçirilib və beynəlxalq tendensiyalar öyrənilib”.

S.Musayevanın sözlərinə görə, dəyişiklikləri beş istiqamətə ayırmaq olar: vergitutmanın şəffaflığının təmin olunması, vergitutma bazasının genişlənməsi, vergi idarəetməsinin təkmilləşdirilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, güzəşt və azadolmaların iqtisadi səmərəliliyinin artırılması.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR