Bir ilə 3 milyard 450 milyon dollar qazanıb...

5-01-2019, 12:08 547 dəfə baxılıb

Bir ilə 3 milyard 450 milyon dollar qazanıb...


Dünyanın 500 ən zəngin adamının başa çatmış 2018-ci ildə nə qədər sərvət qazandıqları, yaxud itirdikləri barədə ənənəvi illik reytinq açıqlanıb. Virtualaz.org xəbər verir ki, Bloomberg Billionaires Index (BBI) reytinqinə əsasən siyahıda yer alanlardan 25-i rusiyalı oliqarxlardır. Ötən il onlardan cəmi 9-u sərvətlərini artıra bilib, qalan 16-ı ili ziyanla başa vurub.

Belə ki, “Nornikel”in əsas sahiblərindən biri Vladimir Potanin sərvətini cəmi 678 milyon dollar artıra bilib və 19.6 milyard dollara çatdırıb. Nəticədə o, Rusiyanın ən varlı adamı statusunu saxlayıb.

“Novatek” sənaye nəhənginin həmsahibi Leonid Mixelson isə il ərzində 3 milyard dollar qazanıb və hazırda sərvəti 19.4 milyard dollardır.



NLMK konserninin benefisiarı Vladimir Lisin isə il ərzində 146 milyon dollar itirib. Bununla belə onun sərvəti hazırda 17.9 milyard dollar təşkil edir.

“Severstal” şirkətinin əsas səhmdarı Aleksey Mordaşov isə 2018-ci ildə daha çox itirib-2 milyard dollardan çox. Azərbaycanlı neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov isə il ərzində 3.45 milyard dollar qazanıb və sərvətini 16 milyard dollara çatdırıb.

Digər rusiyalı oliqarxlardan Roman Abramoviçin il ərzində sərvətini 1.6 milyard dollar artırdığı bildirilir. Gennadi Timçenko isə 2.73 milyard dollar qazanıb. Viktor Vekselberq isə 3.11 milyard dollar “kasıblayıb”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR