Rus banklarını gözləyən sanksiyalar Azərbaycan banklarına nə vəd edir? - TƏHLİL

8-04-2019, 10:30 335 dəfə baxılıb

Rus banklarını gözləyən sanksiyalar Azərbaycan banklarına nə vəd edir? - TƏHLİL

Xəbər verdiyimiz kimi, yaxın gələcəkdə ABŞ-ın Rusiyada başda bank sektoru olmaqla digər sahələri hədəf alan yeni sanksiyalara start verəcəyi gözlənilir. Bəs Rusiyanın bank sektorunu hədəf alan bu sanksiyaların dolayısı ilə Azərbaycanın bank sektoruna da təsiri ola bilərmi? Banklarımızın bu sanksiyalardan zərər görmək ehtimalı varmı?

Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas, bank-maliyyə məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov Azərbaycanın bank sektorunun baş verənlərdən zərər görməyəcəyini vurğuladı:

“Rusiya banklarına yönəlik sanksiyalar heç bir halda bizim bank sistemimizə təsir göstərə bilməz. Rusiyanın Azərbaycanda iki bankı var. Ola bilsin ki, bu sanksiyaların sözügedən banklara hansısa dərəcədə təsiri olsun.

Onu da nəzərə almaq lazımdır ki, Rusiya onsuz da belə sanksiyaları gözləyir və alternativ sistemlərdən istifadə edəcək. Əgər söhbət Azərbaycan bankları ilə pul mübadiləsindən gedirsə, bu məsələləri də həll edəcək.

Bütövlükdə Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalara gəlincə, şübhəsiz ki, bu məsələ dolayısı ilə bizə də təsir edir. Çünki Rusiyada yaşayan həmyerlilərimiz Azərbaycana pul köçürürlər. ABŞ-ın tətbiq edəcəyi sanksiyalar Rusiya iqtisadiyyatını zəiflədəcək. Necə ki, bir neçə ildir ki, Rusiya iqtisadiyyatı zəifləyir. Bu isə Rusiyadakı həmyerlilərimizin gəlirlərinə də mənfi təsir göstərəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR