Alimlərdən yeni açıqlama - Yerin mərkəzində qara dəlik var

10-05-2019, 13:21 603 dəfə baxılıb

Alimlərdən yeni açıqlama - Yerin mərkəzində qara dəlik var

NASA-nın keçmiş əməkdaşı, riyaziyyatçı, geofizik və astronom Edmond Qrin əminliklə iddia edir ki, planetimizin ortasında əsl qara dəlik var.

Yerin nüvəsinin yüksək tempraturu da məhz bu səbəbdəndir.

Onun bu teoriyasını NASA-nın keçmiş əməkdaşı Luiza Riofrio da dəstəkləyib. Astrofizikin fikrinə əsasən, planetimizin mərkəzindəki qara dəliyin ölçüsü böyük olmasa da, kütləsi Ayın kütləsi ilə müqayisə edilə bilər. Bu isə milyardlarla il əvvəl Yerin yaranmasına səbəb olub.

Riofrionun hipotezinə inansaq, qara dəlik kiçik ölçüdə olduğu üçün planetimizi dağıda bilmir. Amma onun enerjisi yerin materiyası ilə daim qarşılıqlı əlaqədə olduğu üçün nüvəni isidir. Beləcə, qara dəlik zəlzələ və vulkanlara səbəb olur. Bundan başqa, qara dəlik Yerin maqnit sahəsinə təsir edir.

Luiza məsələ ilə bağlı yazıb:



"Bəşəriyyət qara dəlikdən qorxmamalıdır. Bizim planetimiz qara dəlik olmasa, mövcud ola bilməz. əminəm ki, yaxın gələcəkdə qara dəlik insanlar üçün güclü enerji mənbəyinə çevriləcək".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR