Quru meyvələrin tərkibi vitaminlərlə zəngindir

13-08-2019, 12:31 408 dəfə baxılıb

Quru meyvələrin tərkibi vitaminlərlə zəngindir



Quru meyvələrin insan səhhətinə çox müsbət təsiri var.

Elmi araşdırmalar nəticəsində tərkibi A vitamini ilə zəngin qaysının stress və qan azlığını aradan qaldırdığı, dəridəki problemlərə yaxşı təsir göstərdiyi məlum olub. Gündə 5 ədəd qaysı yemək ürək-damar və sinir sistemi üçün faydalıdır.

Enerji mənbəyi olan kişmiş həm də bəlğəmgətirici xassəyə malikdir. Gündə 10 ədəd kişmiş yemək təzyiqi aşağı salır, iltihablara qarşı dərman vasitəsi kimi istifadə olunur.

Vitaminlərlə zəngin alça qurusu xərçəng xəstəliyinə qarşı faydalıdır. Həmçinin yaşlanmanın qarşısını alır, yüksək təzyiq, qaraciyər, revmatizm, ürək-damar və böyrək xəstəliklərinə qarşı çox xeyirlidir.

Əncir qurusu tərkibində yağ və xolesterol olmadığına görə arıqlamaq istəyənlər üçün yaxşı vasitədir. Boğaz ağrıları zamanı da faydalı təsir göstərir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR