Övladlar arasında fərq qoymaq olarmı?

9-09-2019, 12:02 502 dəfə baxılıb

Övladlar arasında fərq qoymaq olarmı?


Bu doğrudur ki, insanların bəzisi qız övladına malik olmaq istəyir, bəzisi oğlan. Ancaq bunu unutmaq lazım deyildir ki, övladın hansı cinsiyyətdə olması - Allahın iradəsindən asılıdır. Ona görə də bu mövzuda Allahın iradəsinə təslim olmaq lazımdır.

Hətta o insan ki, övlad sahibi olmaqdan məhrumdur, bilməlidir ki, bu işdə bir hikmət vardır. Allah Təala bəndələrini lazım olan nemətlər ilə təhciz edər. "Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə və məhv edilməsi Ona məxsusdur). O, istədiyini yaradır. İstədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir. Yaxud da (başqa biri üçün) oğlan və qızları birlikdə, bir yerə toplayır. İstədiyini də sonsuz edir. Çünki O, doğrudan da (hər şeyi) bilən və qüdrətlidir (yaradılışın ən kamil quruluşunun xeyirini bilir və həyata keçirir)". ("Şura" 49-50).


İslam hədislərində oxuyuruq ki, hər kimin qız övladı olmaz, o gərək Allaha dua etsin ki, ona qız övladı əta etsin. Həzrət İbrahim (ə) İsmayıl və İshaq kimi saleh övladlara malik olandan sonra Allaha dua edir ki, ona qız övladı versin ki, öləndən sonra onun üçün ağlayan bir insan olsun.

Hədislərimiz həm də bu mövzunu xüsusilə vurğulayır ki, valideyn övladlar arasında fərq qoymamalıdır. Valideyn övladının cinsiyyətinə görə də ona fərq qoymamalıdır. Dinimiz bu cür insanları məzəmmət edir. İmam Rza (ə) buyurur: "Oğlan və qız övladları bir-birləri ilə bərabərdirlər".

Əllamə Hürr belə bir hədis nəql edir ki, bir nəfər iki övladı ilə birlikdə Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir. Bu zaman o kişi övladlarından birini öpür və ona sevgi göstərir. Həzrət (s) onun bu rəftarını müşahidə edən zaman ona buyurur: "Övladlarınla bərabər və eyni cür rəftar et".


Övlad əgər saleh olarsa, onun cinsiyyəti mühüm olmaz. Valideynin ən böyük arzusu - saleh övlad yetişdirmək və cəmiyyətə tərbiyəli, ədəbli insan təhvil verməkdir. Əgər valideyn övladlarını Allah istəyən kimi tərbiyə edə bilərsə, o zaman həm Allahın və həm də insanların sevimlisi olar. Çünki övladı daima onun başını uca edər və onu fəxrləndirər.

İstər qız övladı olsun, istərsə də oğlan. Fərqi yoxdur. Əsas insan olmaqdır. Valideyn də övladının insan olması üçün çalışmalı və bu yolda səhlənkarlıqlar etməli deyildir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR