15 yaşlı qız ailəsinin ölüm fərmanını verdi: “Öldürün və yandırın”

28-11-2019, 11:10 430 dəfə baxılıb

15 yaşlı qız ailəsinin ölüm fərmanını verdi: “Öldürün və yandırın”


15 yaşlı qız ona sevgilisi ilə sərbəst görüşmək imkanı verməyn ailəsinin ölüm hökmünü verib.

Cebhe.info xəbər verir ki, hadisə Rusiyada qeydə alınıb. Lipetskidə 15 yaşlı məktəbli Vika 22 yaşlı sevgilisi Yevgeniyə əmr edib ki, analığı və atasını öldürərək evlə bərabər yandırsın.

Sevgilisi onun tapşırığını icra edib və nəticədə qızın 48 yaşlı analığı aldığı bıçaq zərbələrindən ölüb. Atası isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ata özünə gəldikdən sonra doğma qızının onun ölüm fərmanını verməsinin səbəbini polislərə açıqlayıb.

Məlum olub ki, yeniyetmə qızın anası boşanaraq başqa şəhərə köçüb. Bu zaman qızını atanın yanında qoyub. Uşaq olduqca aqressiv olub, hətta dəfələrlə heyvanları öldürəcəyini deyib.

Ata qızına yaşca böyük oğlanla görüşməyi qadağan etdiyini görə onlar qisas alıblar.

Onun sevgilisi və artıq qatilə çevrilmiş 22 yaşlı gənc isə təlimatı “Cülyetta”dan aldığını deyib. Bildirib ki, qətl planı əvvəlcədən hazırlanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR