Azərbaycan insanını çörək öldürür: Həkimdən buğda ilə bağlı QORXUNC İDDİA

11-12-2019, 18:48 300 dəfə baxılıb

Azərbaycan insanını çörək öldürür: Həkimdən buğda ilə bağlı QORXUNC İDDİA

Azərbaycanda qadın və kişilər arasında gözlənilən ömür uzunluğunun göstəricisi maksimum həddə çatıb.

Belə ki, 1970-ci ildə Azərbaycanda qadınlar arasında doğulanda gözlənilən ömür uzunluğu göstəricisi 74,3 yaş olduğu halda, 2018-ci ildə bu göstərici 78,2-ə yüksəlib.

2018-ci ildə kişilər arasında gözlənilən ömür uzunluğu 1970-ci ildəki 66,8 yaş səviyyəsindən 73,3-ə çatıb.

Ümumilikdə isə 2018-ci ildə əhali üçün gözlənilən ömür uzunluğu 75,8 yaş olub.

Maraqlıdır, bunun səbəbi nədir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən həkim-terapevt Rasif Bağırov bildirib ki, Azərbaycanda orta ömür müddətinin artması ilə müqayisədə azalması daha çox müşahidə edilir:



“Bəzi tendensiyalar var. O tendensiyaları nəzərə almaq lazımdır. Burada məsələ nədən ibarətdir? Birincisi, Azərbaycanda orta ömür müddətinin artması anlayışı bir az qəribə gəlir. Çünki adətən, bizim öyrəndiyimiz Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlar olur. O məlumatlarda Azərbaycanda orta ömür müddətinin azalması müşahidə edilir. Azərbaycanda bu statistikanı verirlər. Bunun nə dərəcədə doğru olduğunu demək isə bir qədər çətindir”.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanda un dördüncü sort buğdadan hazırlanır. Bu isə mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olur. Belə olan halda isə ömür daha da qısalır:

“Tibbi nöqteyi-nəzərdən bir şeyi diqqətə almaq lazımdır ki, biz Sovet dönəmində yaşamış insanlarıq. Həmin dövrdə də xəstələri müayinə edirdik. O zamanlar biz bir qadında hemoqlobinin səviyyəsinin 66 olduğunu görəndə dəhşətə gəlirdik. Bu gün 66 hemoqlobinlə xəstə gəldikdə təəccüblənmirik, hətta bunu az hesab edirik. Çünki hemoqlobini az olan insana çox az hallarda rast gəlinir. Bizdə qida məhsullarının keyfiyyətində, saxlanma şəraitində müəyyən problemlərin olduğu deyilir. Orta yaş həddinin artması əslində normal qidalanan insanların göstəricisi kimi ortaya çıxır. Mən verilən bu statistika ilə razılaşa bilmirəm. Çünki Azərbaycanda un dördüncü sort buğdadan hazırlanır. Bu unun qida məhsulu kimi istifadəsi problemlər yaradır. Çünki insanlar onu həzm edə bilmir, mədə-bağırsaq sistemi onun həzmində çətinlik törədir. Mədə-bağırsaq xəstəliklərinin artması da məhz çörəyin dördüncü sort buğda unundan hazırlanması ilə əlaqədardır. İnsan ömrü ilə bağlı proses belədir ki, əgər insan keyfiyyətli qidalarla qidalanırsa və mədə-bağırsaq sistemində həzm prosesi normal gedirsə, mədə-bağırsaq sistemi gec qocalır və bu zaman insanın ömrü uzun olur. Bu aksiomadır. Biz dördüncü sort buğda unu yeyiriksə, uzun ömür mümkünsüzdür. Həkimlər bu unu bəzən 5-10 gün yeməyi tövsiyə edə bilər, amma bu məsləhətdə ömürlük qida kimi istifadə etmək nəzərdə tutulmur”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR