Təyyarələrin "qara siyahı"sı: Qatarlarda da olacaq, amma...

16-12-2019, 14:29 331 dəfə baxılıb

Təyyarələrin "qara siyahı"sı: Qatarlarda da olacaq, amma...


“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti tərəfindən uzun müddətdir ki, aviasiya təhlükəsizliyinin müəyyən olunmuş norma, qayda və tələblərini pozan sərnişinlərlə bağlı “Arzuolunmaz sərnişinlərin siyahısı” yaradılıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski hazırda bu siyahıya 176 nəfərin daxil olduğunu deyib.

Onun sözlərinə görə, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.

Maraqlıdır, Dəmir yolu üçün də belə siyahı varmı?

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Cebhe.info-ya verilən açıqlamada bildirilib ki, onlarda belə bir siyahı tətbiq olunmur:

“Çünki dəmir yolu sərnişinlərin müntəzəm istifadə etdiyi nəqliyyat vasitələrindən biridir. Burada sərnişinlər üçün nəzərdə tutulmuş xüsusi qaydalar var. Amma bu qaydalara əməl edənlərlə yanaşı, etməyənlər də az deyil. Düzdür, bu istiqamətdə sərnişinlərlə maarifləndirmə işləri aparılır, bəzən isə bu kifayət etmir.

O ki qaldı “Arzuolunmaz sərnişinlərin siyahısı”na, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də belə bir siyahı yoxdur. Çünki bunun üçün proqram təminatı hazırlanmalı, icra mexanizmi olmalı, beynəlxalq təcrübə araşdırılmalıdır. Gələcəkdə bu mexanizmlərin hazırlanması və tətbiq edilməsi istisna deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR