Bir çox ölümlər qeydə alınmır

8-02-2020, 09:18 215 dəfə baxılıb

 Bir çox ölümlər qeydə alınmır

Çində baş verən və bir çox ölkəyə yayılan koronavirus hadisələrinin sayı sürətlə artır. Rəsmi Pekin bu günə virusa 28 mindən çox insana yoluxduğunu, 548 insanın isə öldüyünü açıqlayıb.

Bəs bu rəqəm nə dərəcədə doğrudur?

Ovqat.com xəbər verir ki, Uhanda bir xəstəxana işçisinin Almaniyanın “Deutsche Welle” qəzetinə verdiyi məlumat vəziyyətin daha dəhşətli olduğu və əsl həqiqətlərin Çin dövləti tərəfindən gizlədildiyi ehtimalını artırır.

Tibb işçisinin dedikləri:

“Xəstəlik əlamətləri göstərən xəstələr gəldikləri zaman saatlarla müayinə olunmağı gözləyirlər. Onları müayinə edən həkimlər insanlardan uzaq durmağı tövsiyə edərək reseptləri əllərinə verib evə göndərirlər. Gözləmə otağı öskürən adamlarla doludur. Virusun yayıldığı mühitdə olan sağlam insanlarda ötürülmə riski də artır.

Yeri gəlmişkən, hətta ən yaxın xəstəxanaya getmək belə problemdir. Şəxsi avtomobiliniz yoxdursa, taksi ilə gedə bilərsiniz. Hər məhəllə üçün cəmi iki taksi ayrılıb. Onlardan başqa, yalnız kimsə xəstələrə könüllü xidmət göstərmək istəsə gedə bilərsiniz. Başqa alternativi olmayanlar xəstəxanaya getməli olurlar. Bəzilərinin xəstəxanaya çatmadan öldükləri xəbərləri gəlir. Qaynar xətt çoxsaylı zənglər səbəbindən dağılıb.

Virusdan qorunmaq üçün görülən tədbirlərlə bağlı vəziyyət necədir?

Ağzı bağlayan maskalara və dezinfeksiyaedici maddələr tükənir. Xəstəxanalarda da problemlər var. Uhana xeyli miqdarda ianələr gəldi, lakin bunlara baxmayaraq həkimlərin hər dörd və ya altı saatdan bir qoruyucu geyimləri yeniləməsi qaydalarını tətbiq etmək mümkün deyil.

Virusa yoluxmuş və xəstəlikdən ölənlərlə bağlı yayılan rəsmi rəqəmlərə inanmaq olarmı?

Düşünürəm ki, həqiqi rəqəmlər elan edilənlərdən çoxdur. Məsələn, deyək ki, kiməsənin ağciyərlərində tomoqrafiya ilə iltihab aşkarlanıb. Virusdan əmin olmaq üçün digər araşdırmalar aparmaq lazımdır, lakin bir çox xəstə növbə gözlədiyi üçün bu edilmir. Ayrıca, bir insan test olmadan ölübsə, bu, koronovirusdan ölüm kimi qeydə alınmır.

Qəzet qeyd edir ki, müsahibə verən şəxsin adı təhlükəsizliyi nəzərə alınaraq gizli saxlanılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR