Ayda bir gün acqalma ölüm riskini 3 dəfə azaldır - Alimlərdən araşdırma

13-02-2020, 11:56 345 dəfə baxılıb

Ayda bir gün acqalma ölüm riskini 3 dəfə azaldır - Alimlərdən araşdırma


Söhbət qidadan bir sutka tamamilə imtina etməkdən gedir.

İntermauntin tibb mərkəzinin ekspertləri ayda bir gün acqalmanın insan orqanizminə illər sonra təsirini araşdırmaq üçün İsa Məsih kilsəsinin üzvləri, mormonizm cərəyanın tərəfdarlarının səhhətini araşdırıblar. Bu adamlar hər ay 24 saat müddətində qidadan tam imtina edir və cəmi 2 stəkan su içirlər.

2000 nəfər bu qaydada yaşayan insanı 4 il müşahidə edən alimlər maraqlı nəticəyə gəliblər.

Belə ki, hər ay birgünıük acqalmaya əməl edən 589 nəfərin sağlamlıq durumu bu qaydaya əməl etməyənlərə nisbətən daha yaxşı idi və onlar arasında ölüm fazi 45% az idi.

Eləcə də ayda bir dəfə aclıq ürək çatışmazlığı riskini 72% azaldıb, bu isə çox ciddi rəqəmdir.

Alimlər hesab edir ki, bu metodla acqalmanın effekti illərlə orqanizmdə toplanır, nəticədə ürək-damar xəstəliyi və erkən ölüm kəskin aşağı düşür.

Eləcə də birgünlük ac qaldıqdan sonrakı gün bu insanlar hər nə oldu yemir və yüngül qidalar seçir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR