İnsan üçün ölüm vaxtından xəbərsiz olmağın faydaları nədir?..

4-03-2020, 12:55 280 dəfə baxılıb

İnsan üçün ölüm vaxtından xəbərsiz olmağın faydaları nədir?..

Ölümdən xəbərsiz olmaq – bir insan üçün Allahın lütfüdür. Əgər insan öləcəyi məkan və zamandan xəbərdar olsaydı, həyatındakı ümid nuru sönərdi. Heç bir iş üçün səy göstərməz və fəaliyyət etməzdi.



Ölümdən xəbərsiz olmağın faydalarından biri budur ki, aqil insan həmişə ölümə hazır olar. Hər an öləcəyini düşünər. Ona görə də daha az günah edər və əgər xata işlədərsə, tez bir zamanda tövbə edər. Ancaq əgər ölüm zamanından xəbəri olsaydı, hər bir pis iş görməyə cürət əldə edər və sonda da tövbə edərdi.



İnsanın ətrafında olanlar onun ancaq can verməsiin görərlər. Ancaq ölən insanın nə çəkdiyindən xəbərsiz olarlar. Əmirəl-möminin (ə) bu həssas zamanı belə təsvir edir: “Can vermək və dünya nemətlərini əldən vermək həsrəti ona hücum edər. Bədən üzvləri süstləşər. Rəngi qaçar. Sonra ölümün pəncəsi ona daha çox nüfuz edər. O həddə ki, danışmaq üçün dili tutular. Ailəsinin arasında olduğu halda gözü ilə görər və qulağı ilə eşidər. (Ancaq danışa bilməz). Ömrünü hansı şeylər üçün sərf etməsi barəsində düşünər. Həsrətdən barmağını dişləyər”.



Bu hədisdən göründüyü kimi, insan can verən zaman həyatının ən çətin anını yaşayar və bu zaman onun yardımına Allahdan başqa heç kəs gələ bilməz. Ölüm ona təzyiq göstərər və o, yaxınlarından ayrılmaq istəməz.



Ancaq çarəsiz qaldığı üçün ayrılmalı olar və elə halda ayrılar ki, heç bir söz deyə bilməz. Ancaq onları görər və eşidər. Öz aqibəti barəsində düşünər və həyatını nələri sərf etdiyi haqqında fikirləşər.



Hədislərimizin buyurduğuna görə, möminlər can verən zaman asan can verərlər, ancaq kafirlər çox çətin can verərlər. Möminlər can verən zaman behiştdəki yerlərini görərlər, kafirlər isə cəhənnəmdəki yerlərini. Ona görə də hədislərimiz buyurur ki, dünya mömin üçün zindan, kafir üçün saraydır. Kim saraydan zindana getmək istəyər ki?! (Həvzəh)



Hər bir halda ölümdən xəbərsiz olmağın hikmətləri çoxdur. Onlardan biri də budur ki, insan tövbəsini təxirə salmasın və hər an ölüm üçün hazır olsun.


/Deyerler.org/


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR