SSRİ-nin ilk xalq artisti ölkədən necə qaçdı-TARİX

16-04-2020, 15:22 210 dəfə baxılıb

SSRİ-nin ilk xalq artisti ölkədən necə qaçdı-TARİX


Son günlər feysbukda xalq artistlərindən biri ilə bağlı xeyli müzakirələr getdi.
Ümumiyyətlə, xalq artisti və digər bu kimi titullar ilk dəfə hansı ölkədə təsis olunub və ilk dəfə bu ad kimə verilib?
Ümumiyyətlə, aktyor, müğənni və digər peşə sahiblərinə bu rütbələr, bu adlar lazımdırmı? Bəlkə, bunlar utanılası totalitar oyuncaqlardır, iyerarxiyaya, hərbi qaydaya Apollon krallığında yersiz bir ehtirasdır?
“Respublikanın xalq artisti” adı ilk dəfə (o vaxt hələ SSRİ yox idi) bolşeviklərin hakimiyyətə gəlməsindən bir il sonra peyda olub. Vətəndaş müharibəsinin acısını xalqla bölüşən artistlərə dəstək tələb olunurdu – özü də təkcə maliyyə dəstəyi deyil. Kulisin fəxri vətəndaşı – xalq maarif komissrı Anatoloiy Lunaçarskiy aktyor ruhunu anlayan bir şəxs idi. O, hesab edirdi ki, fəhlə və kəndli dövlətinə teatr zəruri idi, lisedey (lisedeylik – hərfi mənada yalançı deməkdir, məcazi mənada isə meydanda xalq üçün teatr tamaşaları verənlər) istedadlarına isə hörmətlə yanaşmaq lazımdır.
Belə ki, bundan əvvəlki aktyor adları çarın saray nemətləri ilə bağlı olub, indi isə regaliyaları yeni qaydalara uyğunlaşdırmaq lazım idi.
1918-ci il oktyabrın 19-da Marinskiy teatrında “Sevilya bərbəri” tamaşası oynanılırdı. Don Bazilionu isə Fyodor Şalyapinin özü oynayırdı. Zal qırmızı komandirlərlə dolu idi. Lunaçarskiy giriş çıxışı etdi. Qısa şəkildə Bomarşenin dramaturgiyasında demokratik tendensiyalardan söz açdı, sonra isə Şalyapinin sənətini tərifləməyə başladı. Müğənnini təcili şəkildə səhnəyə dəvət etdilər. Elə buradaca Lunaçarskiy ona xalq artisti adına liyiq görüldüyünü elan etdi.
Xalq komissarı düz onluğa vurmuşdu: məşhur müğənni həyəcandan az qala boğuldu. “Mən artistlik həyatımda dəfələrlə müxtəlif hökmdarlardan, müxtəlif hallarda hədiyyələr almışam, amma bu hədiyyə – xalq artisti adı mənim üçün əzizdir, çünki o, xalqdan olan bir adamın qəlbinə daha yaxındır”.
Bu Lunaçarskinin dahiyanə improvizasiyası idi.
Sonra Lunaçarskiy öz partiyadaşlarını belə bir jestin zəruriliyinə inandırmalı idi. Yalnız noyabrın 13-də Fyodor Şalyapin rəsmi şəkildə xalq artisti adına layiq görüldü.
Yeri gəlmişkən, Şalyapin Lunaçarskini pərt etdi, onu çətin vəziyyətdə qoydu: 1922-ci ildə xarici ölkələrə qastrola gedən müğənni bir daha geri qayıtmadı. Onu hətta bir konsert vermək adı ilə SSRİ-yə qaytarmaq mümkün olmadı. Elə bu səbəbdən 1927-ci il avqustun 24-də Şalyapin bu addan məhrum edildi.
Həmin dövrdə Vladimir Myakovskiy qəzəbindən özünü dağıdırdı:

Вернись
теперь
такой артист
назад
на русские рублики –
я первый крикну:
– Обратно катись,
народный артист Республики!..

Bunu fəxri adların peyda olması ilə bağlı ilk qaranquşu hesab etmək olar.
1936-cı il sentyabrın 6-da müxtəlif sahələrdə fəxri adların verilməsi ilə bağlı qərar qəbul edildi. Teatr, musiqi və kino və s.
55 il ərzində, yəni, SSRİ tarixin arxivinə gedənə kimi 1006 nəfər xalq artisti ola bilmişdi. Bu adı alan sonuncu şəxs isə Oleq Yankovskiy olub. Belə ki, SSRİ dağılmazdan beş gün əvvəl, 1991-ci il dekabrın 21-də bu ada layiq görülüb.
Təbii ki, öz moskvalı “rəislərinin” etdikləri bütün hərəkətləri və jestləri yamsılayan SSRİ-nin tərkibində olan respublikalar da respublika səviyyəli fəxri adlar təsis etdilər.
SSRİ məkanına daxil olan respublikalar və sabiq sosialist düşərgəsindən olan daha bir neçə ölkədən başqa, digər dövlətlərin heç birində bu cür fəxri adlar yoxdur.
Və bu adların verilməsinin indiyədək davam etməsinin özü bir nonsesdir. SSRİ özü yoxdur, amma, bu adlarda o, hələ də “yaşamaqdadır”.

Hacı Rafiq


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR