Varlanmaq üçün iqtisadiyyatın ən perspektivli sahələrinin reytinqi açıqlanıb

27-05-2020, 23:13 137 dəfə baxılıb

Varlanmaq üçün iqtisadiyyatın ən perspektivli sahələrinin reytinqi açıqlanıb.

Reytinq "Wealth-X" şirkəti tərəfindən tərtib edilib.

Mütəxəssislərin tədqiqatları nəticəsində məlum olub ki, varlanmaq üçün ən perspektivli sahə bank və maliyyə sferasıdır. Bu sahədə sahibkarların 30 faizi zənginləşib. İkinci yerdə 16 faiz zənginləşmə ilə xidmətlər sahəsi, üçüncü yerdə isə 7 faiz göstərici ilə qeyri-kommersiya və ictimai təşkilatlar yer alıb.

İlk beşliyi daşınmaz əmlak və səhiyyə sahələri tamamlayıb. Daşınmaz əmlak sahəsində işləyən sahibkarların 5,4 faizi, səhiyyə sahəsində 4,9 faizi zənginləşib.

Mütəxəssislər bildirib ki, gələcəkdə ABŞ və Çin biznes üçün ən əlverişli ölkələr olacaq. Bu ölkələrdə sahibkarlar artıq gənc yaşlarda varlanacaq.

Milli.Az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR