50-yə yaxın azərbaycanlı 3 min erməninin qarşısına çıxıb etiraz etdi

22-07-2020, 15:43 302 dəfə baxılıb

Bu gün Los Ancelesdə Azərbaycan konsulluğunun yerləşdiyi binanın qarşısında bir qrup radikal erməni təşkilatları, o cümlədən Erməni Gənclər Federasiyası və Amerika Erməni Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycana qarşı etiraz aksiyası keçirildi. Aksiyada təxminən 3 minə yaxın erməni konsulluq binasını əhatəyə aldı və Azərbaycana qarşı şüarlar səsləndirdi.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Los Ancelesdə olan Baş konsulu Nəsimi Ağayev bildirib.

Onun sözlərinə görə, ancaq ermənilərin gözləmədiyi bir hadisə baş verdi: "50-yə yaxın Azərbaycan icması fəalı əllərində Azərbaycan bayraqları bizim haqq səsimizi çatdıran şüarlarla radikal erməni toplumunun qarşısına çıxdılar. Həmvətənlərimiz Azərbaycan bayrağını yüksəldərək, şüarlar səsləndirərək Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, etnik təmizləmə siyasətini, bir milyondan çox qaçqınımızın olduğunu, Ermənistanın ötən həftə törətdiyi hərbi təxribatı, mülki vətəndaşları öldürmələrini yerli əhalinin diqqətinə çatdırdı.

İlk dəfə idi ki, Los Ancelesdə Azərbaycan fəalları ermənilərin keçirdiyi etiraz aksiyasına etirazla çıxış etdilər. Azərbaycanlıların haqlı etirazları davam etdikcə bu, ermənilərin aqressivliyini artırmağa başladı. Ermənilərin içindən bir qrup həmvətənlərimizə hücum etdi".

Baş konsul bildirib ki, Los Anceles polis idarəsi hücumun qarşısını almağa çalışsa da bu mümkün olmadı, hücum nəticəsində 7 azərbaycanlı xəsarət aldı. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, 1-nin vəziyyəti ağır idi, hazırda durumu sabitləşdi və evə buraxıldılar:

"Hadisədən dərhal sonra Los Anceles Polis İdarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verdim və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradımı bildirdim.

Hadisə ilə bağlı Los Anceles merinə də məlumat verilib. Bu məsələ araşdırılmalıdır, bu zorakılığı göstərən erməni daşnaklarının tezliklə müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunmalarını qətiyyətlə tələb edirik".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR