Lotu Qulinin qardaşı oğrulardan 100 bal aldı: Barış elçisi olub

25-09-2020, 23:06 336 dəfə baxılıb

Lotu Quli öldürüldükdən sonra bütün varidatına və statusuna əsas varis olduğu açıqlanan qardaşı Namik Səlifov ilk addımlarını atır.
Cebhe.info xəbər verir ki, Namik ilk növbədə barış təşəbbüsü ilə gündəmə gəlib. O, Merab Mzarelua və Masi Qvaramiyanı barışdırıb.
Əvvəllər də aralarında problem olan bu iki nəfərin münasibətlərini dəfələrlə yoluna qoymaq cəhdi nəticə verməmişdi. Lotu Quli Mzareluanı özündən kənarlaşdıraraq, onunla müəyyən məsafə saxlayırdı.
Namik Səlifovun bu cəhdi - barışıqla fəaliyyətə başlaması "oğru aləmi"ndə yüksək dəyərləndirilib. Belə ki, barış təşəbbüsü kriminal dünyada "oğru"lar tərəfindən xüsusi hörmətlə qarşılanır və dəstəklənir. Münaqişəli tərəfləri barışdırmaq cəhdi edən şəxsə xüsusi dəstək verilir və digər tərəflər onunla konflikti müəyyən müddət arxa plana atır. Bununla onun barış təşəbbüsünə mane olmamağa çalışırlar. Barış təşəbbüsü nəticə verərsə, bu, onu həyata keçirən "oğru"nun aktivinə yüksək bal yazır. Hazırda Namik Səlifov öz aktivinə azı 100 bal yazdırıb.
Məlumata görə, bu addımı ilə Namik Səlifov öz mövqeyini daha da möhkəmləndirməyə xidmət edib. Onun bölgədə təsir dairəsi yüksəkdir, qardaşının ölümündən sonra ona alternativ də yoxdur. Məhz Namik 2012-ci ildən etibarən Lotu Qulinin tərəfdarı olan əksər "oğru"ları İstanbula aparıb və yerləşməsini təmin edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR