Kişi axtaran müğənnimiz: “Müraciət edənlərdən biri çempiondur”

30-07-2015, 02:32 1250 dəfə baxılıb

Kişi axtaran müğənnimiz: “Müraciət edənlərdən biri çempiondur”

























Müğənni Şölə Səfərəliyevanın aktyor Eşton Kuçerə bənzəyən kişi axtarışı hələlik bir nəticə verməyib. Publika.az-a açıqlama verən müğənni bildirib ki, müraicət edən çox olsa da, xoşuna gələn yoxdur

“Müraciətimdən sonrakı bu həftə ərzində şəkil göndərənlər çox olub. Amma xoşuma gələn hələ ki, yoxdur. Üzərində düşündüyüm biri var, lap Eştona oxşayır. Özü də idmançıdır. Ancaq hazırda Bakıda olmadığından konkret nəticə əldə etməmişik. Bakıya gəldikdən sonra onunla canlı görüşüb klipə çəkilməsi barədə söhbətlər aparacağıq. Hələlik isə seçimlər davam edir”.

Müğənninin sözlərinə görə, şəkil göndərənlər arasında şərtə əməl etməyənlər də var:

“Eştona oxşamayanlar da şəkil göndərib: aralarında hətta qarınlı kişilər də var”.

Müğənni həmçinin klipdə çəkilmək üçün müxtəlif yaş hədlərində olan bəylərdən də danışıb.

“18 və 40 yaş arası kişilər müraciət edib. Qızlardan da sevgililərinin, qardaşlarının şəkillərini göndərənlər olub. Bəzi modellərimiz də bu təklifimdə maraqlı görünürlər. Ancaq mən hələlik seçim edirəm”.

Şölə Səfərəliyeva Publika.az-a niyə məhz Eşton Kuçerin oxşarını axtardığına da aydınlıq gətirib:

“Bilirsiniz ki, Eşton saqqız reklamlarından birində çəkilib. Yerli telekanallarımız da gündə 20 dəfə həmin reklamı yayımlayır. O qədər görürəm ki, istər-istəməz beynimə düşüb. Əvvəllər isə ona heç fikir vermirdim. Daha sonra yaraşıqlı, ucaboy və idman bədən quruluşlu olmasına diqqət etdim. Daha nə lazımdır?! Bir də mənim sərt cizgili kişilərə fobiyam var. O, isə xoşsimalı və mülayimdir. Düşünürəm ki, əksər xanımlara xoş gəlir”.

Xatırladaq ki, bir həftə öncə müğənni Şölə Səfərəliyeva klipə çəkilməsi üçün kişi axtardığı barədə açıqlama verib. Şərtə görə, kişi dünya şöhrətli aktyor Eşton Kuçerə bənzəməlidir. Özünə güvənənlər “Facebook” və ya “İnstagram” sosial şəbəkəsinə şəkillərini göndərə bilər.

Kişi axtaran müğənnimiz: “Müraciət edənlərdən biri çempiondur”
Kişi axtaran müğənnimiz: “Müraciət edənlərdən biri çempiondur”
Kişi axtaran müğənnimiz: “Müraciət edənlərdən biri çempiondur”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR