Bəy ilk nigah gecəsindən sonra gəlini məhkəməyə verdi

6-08-2015, 02:27 2975 dəfə baxılıb

Bəy ilk nigah gecəsindən sonra gəlini məhkəməyə verdi

















Özünü aldadılmış sayan kişi qadından 20 min dollar tələb edir

Adı açıqlanmayan Əlcəzair sakini birinci nikah gecəsindən sonra makiyajsız halda gördüyü gəlini məhkəməyə verib.

ANS PRESS-in məlumatına görə, indi əlcəzairli dələduzluq üçün ondan 20 min dollar tələb edir.

Marağlıdır ki, toya qədər bir neçə dəfə öz gələcək arvadı ilə şəxsən ünsiyyət saxlayan və onu çox gözəl hesab edən kişi birdən fikrini dəyişib. Öz arvadıyla birinci nikah gecəsindən sonra oyanan əlcəzairli gün işığında makiyajsız arvadına baxdıqda gözlərinə inana bilməyib. Onun yanında tamamilə yad qadın uzanırdı.

"Mən çox qorxdum, hətta düşündüm ki, bu oğrudur”,- deyə kişi bildirib. O, əlavə edib ki, bu onun bir gün əvvəl evləndiyi qız deyildi. Dələduzluq və vurulmuş mənəvi zərər üçün kompensasiya kimi kişi keçmiş arvadından 20 min dollar tələb edir. Yaxın günlərdə məhkəmə bu məsələyə aydınlıq gətirəcək.

"Onun sözlərinə görə, toya qədər qız çox gözəl və cazibədar görünürdü. Toydan sonra isə kişi kosmetikasız arvadın qorxunc göründüyünü bildirir”, – deyə yerli mənbə mətbuata danışıb.

Həmçinin oxuyun: Bakıda 1 milyon dollarlıq dələduzluq


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR