Alimlər qeyri-adi həşərat tapdı — Əcdadları 100 milyon il əvvəl yaşayıb

7-02-2018, 11:18 427 dəfə baxılıb

Alimlər qeyri-adi həşərat tapdı — Əcdadları 100 milyon il əvvəl yaşayıb















Alimlər təxminən yüz milyon il bundan əvvəl yaşamış hörümçəkkimilər fəsiləsinin yeni "nümayəndə"sini tapıblar.
AZTB.info-nun məlumatına görə yeni tapıntı haqqında Nature Ecology & Evolution jurnalında dərc olunan məqalədə məlumat verilib.

Belə ki, qeyri-adi canlı Myanmanın şimalındakı Yura dövrünə aid kəhrəba yataqlarında aşkarlanıb. Bu canlı müasir hörümçəklər kimi görünsə də, uzun quyruğu ilə onlardan fərqlənir. Araşdırmanın müəlliflərindən biri, Kanzas Universitetinin professoru Pol Seldenin dediyinə görə, uzun, elastik quyruq adətən heyvanlara obyektləri hiss etmək üçün lazımdır.
Yeni növə qədim Yunanıstan mifologiyasındakı aslan və keçi başlı, ilan quyruqlu Ximeranın şərəfinə “Chimerarachne yingi” adı verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR