“Aprel müharibəsi”ndə Ermənistan rəhbərliyi orada GİZLƏNİBMİŞ Kİ...

25-07-2018, 17:03 508 dəfə baxılıb

“Aprel müharibəsi”ndə Ermənistan rəhbərliyi orada GİZLƏNİBMİŞ Kİ...



Ermənistanın müdafiə naziri David Tonoyanın “eadaily” saytına müsahibəsində 2016-cı ilin “aprel müharibəsi”ni xatırlatması erməni mediasının həmin dövrlə bağlı yeni faktı ortaya çıxarmasına səbəb olub.
Tonoyan “aprel müharibəsi” təkrarlanacağı halda, erməni hərbi birləşmələrinin cavab vermək gücündə olduğunu iddia edib.

Ermənistan mediası isə “aprel müharibəsi”nin başladığı ilk günlərdə ölkə rəhbərliyinin zirzəmilərdə gizləndiyini yazıb.

Ermənistanın “lragir” saytı yazır ki, Tonoyan ermənilər üçün son dərəcə ağrılı məsələyə toxundu.

“Müharibədən sonra bir çox faktlar, suallar ortaya çıxdı. Ermənistanın və Qarabağın “rəhbərliyi” müharibənin ilk günlərində zirzəmidə gizlənmişdi, qərarları səhra komandirləri verirdi. Bir çox hadisələr kimi erməni camaatı “aprel müharibəsi” ilə bağlı suallara da cavab tapmaq istəyir”, - deyə sayt yazır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR