Burada öpüşmək üçün saatlarla növbədə gözləyirlər

8-10-2018, 13:56 439 dəfə baxılıb

Burada öpüşmək üçün saatlarla növbədə gözləyirlər


Meksikanın Guanajuato şəhərindəki cütlüklər buradakı pilləkənin şans gətirdiyinə inanaraq pilləkənin qırmızı boyalı üçüncü pilləsində öpüşmək üçün saatlarla gözləyirlər.

Müstəmləkə dövründən qalma binaların arasındakı dar küçələrdə gəzərkən 17-ci əsr İspan paltarları geyinən səyyar musiqiçi qrupları bu tarixi mərkəzin kiçik meydanlarında ənənəvi məhəbbət mahnıları oxuyurlar.

Bu şəhərdəki heç bir şey Kallejon Del Besodan yəni, Öpüşmə keçidindən daha romantik ola bilməz. İki eyvanın nazik daş pilləkənlərə dəyəcək qədər əyildiyi bu nöqtədə cütlüklər pilləkənlərin qırmızı boyalı üçüncü pilləsində məhəbbətdə şansı təmin etmək üçün öpüşmə zamanlarını gözləyirlər.

Öpüşmə keçidi yalnız sevgililərin istirahət yeri kimi düşünülsə də, burada qucağında uşağı ilə gələn evli cütlükləri və hətta ikinci baharını yaşayanlara qədər hər yaşdan olan insanları görmək mümkündür.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR