Ən uğurlu insanlar hansı ayda doğulur? - Alimlərdən maraqlı araşdırma...

29-10-2018, 14:05 482 dəfə baxılıb

Ən uğurlu insanlar hansı ayda doğulur? - Alimlərdən maraqlı araşdırma...


Kanadanın Toronto şəhərindən olan mütəxəssislər ən uğurlu insanların hansı ayda doğulduğunu müəyyən etmək məqsədilə ağır zəhmət tələb edən iş aparıblar.

Hansımız uğurlar qazanmaq və maliyyə firavanlığı arzulamır ki. Sən demə, xoşbəxt olmaq üçün yalnız böyük səylər göstərmək deyil, həm də müəyyənləşmiş bir ayda doğulmaq gərəkdir.

Toronto Universitetinin, Şimal-Qərb universitetinin və Florida Universitetinin alimləri birgə böyük elmi-işlər aparmaqla aydınlaşdırmağa çalışıblar ki, hansı ay müvəffəqiyyəti "proqramlaşdırır".

Tədqiqatda 6433 könüllü iştirak edib. Onların həyatı, şəxsi bacarıqları mütəxəssislər qrupu tərəfindən qiymətləndirilib. Psixoloq, sosioloq və həkimlərin bütöv bir kollegiyası sınaqdan keçənlərin həyat uğrunu izləyiblər. Bundan sonra, alimlər onların uğurlarını dərəcəsinə görə layiqincə qiymətləndirmiş, onların doğum tarixləri təhlil edilmişdir.

Tədqiqatın nəticəsinə görə ən uğurlu insanlar sentyabr ayının payına düşüb-65%. Məhz bu ay dünyaya daha çox zəngin, nikbin və istedadlı adamlar verib. Yəni, avqust, oktyabr aylarından belə bir uğur müşahidə olunmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR