Dünyanın ən ağıllı insanının oğlu ömrünü dəlixanada keçirib

28-11-2018, 11:58 294 dəfə baxılıb

Dünyanın ən ağıllı insanının oğlu ömrünü dəlixanada keçirib


Eduard Eynşteyn dünyanın ən ağıllı insanı olan Albert Eynşteynin oğludur. Ömrünün çox hissəsini isə dəlixanada keçirdi.

Universitetdə tanış olan Mileva Maric Albert Eynşteynin ilk həyat yoldaşı idi. Mileva ağıllı olması ilə Eynşteynin diqqətini cəlb etmişdi. O da çox böyük bir alim ola bilərdi, amma həyatın çətinlikləri ilə üzləşməli oldu. Cütlüyün evlənmədən öncə Lieserl adlı bir qızları oldu. Amma bu uşağın övladlıq verildiyi deyilir. Evləndikdən sonra isə iki oğulları dünyaya gəldi: Hans və Eduard. Təəssüf ki, onlar xoşbəxt ailə ola bilmədilər, Maric və Albert boşandılar.

Uzun illər xəstəxanada qalan, müalicə alan Eduard şizofren xəstəsi idi. Amma müalicələr o qədər ağır oldu ki, son illərində danışmağı belə unutmuşdu. Erkən yaşlarında vəfat edən Eduard atasını heç zaman bağışlamadı. Çünki, Albert Eynşteyn Almaniyaya köçmüş və geri qayıtmamışdı.

“Eduardı görmək ölməkdir”, – deyən Enyşteyn alim idi. Lakin oğlunun qəlbində böyük bir yara olaraq qaldı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR