Stalin türkləri necə qırdı? - Dəhşətli faktlar

28-11-2018, 15:00 371 dəfə baxılıb

Stalin türkləri necə qırdı? - Dəhşətli faktlar


Bütün dünya İkinci Dünya müharibəsində yəhudilərə qarşı törədilmiş soyqırımı tanıyıb. Hətta bir çox siyasətçilər ermənilərin köçürülməsini soyqırım hesab edir ancaq türklərə qarşı təşkilatlanıb onlara zülm etməsinə laqeyd qalırlar.

Ancaq Stalinin Rusiyada yaşayan Krım Tatarlarına qarşı törətdiyi soyqırım kəlməsini heç kim dilə gətirmirdi. 1940-cı ildə həyata keçirilmiş sürgün və köçürmə siyasəti nəticəsində təxminən 423 min türk rus torpaqlarından qovulmuşdu. Krım Tatarlarının təxminən 200 min nəfəri bu soyqırım nəticəsində həyatlarını itirmişdi. Gəlin bu soyqırımın necə baş verdiyinə birlikdə nəzər yetirək. İkinci Dünya müharibəsinin başladığı 1939-cu ildə Stalin və Hitler qarşılıqlı biri-birilərinə hücum etməmək barədə pakta imza atmışdı. Ancaq 1941-ci ildə almanlar bu razılaşmanı pozaraq rus torpaqlarına hücuma keçdilər və

Barbarossa planı ilə almanlar rus torpaqlarının içlərinə qədər irəliyə bilmişdi. Almanlar türklərin çoxluq təşkil etdiyi Krımı və Ukraynanı işğal etmişdi. İşğal etdikləri ərazilərdə etnik qruplar ilə razılığa gələ bilmişdi ancaq onların arasında türklər yox idi.

Rusların Osmanlı imperiyasından bəri onlara qarşı alçaldıcı rəftar edirdilər. Bundan Stalin istifadə edərək guya Krım Türklərinin almanlar ilə birlikdə işbirliyində olmasını bəhanə gətirərək parlamentin qərarı ilə 8 oktyabr 1943-cü ildə 93 min türkü sürgünə göndərmişdi. Daha sonra noyabrın 2-si 1943-cü ildə 70 min türkü qatarlara dolduraraq sürgünə göndərmişdi. Ardıcıl davam edən bu hadisələr nəticəsində bu rəqəm 423 minə çatmışdı. Xəyanət iddiası ilə sürgünə yollanan türklər Özbəkistan, Qazaxıstan və Sibirə qatarlar vasitəsilə sürgünə göndərilirdi. Sürgünə göndərilən bir çox türklər pis şərait nəticəsində həyatlarını itirirdilər.

Rus əsgərləri əyləncə xətrinə türkləri güllələyirdilər. Rusların törətdiyi vəhşiliklər almanların törətdiyi vəhşilikdən heç də geridə qalmırdı. Rusların türklər üçün yaratdığı şərait türklər üçün sözün əsil mənasında dəhşətli idi. Türklər qapalı qatarlarda gedir, aclıq çəkir, öz qazdıqları quyularda yaşayırdı. Müharibə dövründə və ondan sonra türklər Sibirdə əmək düşərgələrinə göndərilir və həddən artıq çox işləmək nəticəsində ölürdülər. Bu sürgün nəticəsində çoxlu sayda türk öz ana dilini və adətlərini unutmuşdu. Bu günə qədər ayrı qalan türklər bir-birilərini görə bilmirlər.

Stalinin türklərə qarşı törətdiyi qətllər davamlı və sistematik olmuşdu. Stalin Türkiyə ilə sərhəd bölgələrində yaşayan türkləri həmin ərazilərdən boşaldaraq onların əvəzinə oraya erməniləri məskunlaşdırırdı. Axıska türklərinin yaşadıqları ərazi olan Gürcüstanın Mehseti ərazisindən qovularaq Özbəkistana sürgün edilmişdi. Özbəkistanda 1989-cu ildə baş vermiş Fərqanə hadisələrində Axıska türkləri yenidən sürgünə məruz qalmışdı.

Ruslar Qarbaçovun rəhbərliyi altında İkinci Dünya müharibəsində iyunun 2-si 1941-ci ildə Katin hadisələrində polyak zabitlərinin güllələnməsi hadisəsini etiraf etmişdi. Ancaq türklərə qarşı törədilmiş soyqırım hadisəsinə ruslar laqeyd qalmışdı.



Kamran Əliyev//Faktor.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR