"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil"

25-04-2019, 19:18 389 dəfə baxılıb

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil"

“Mən əminəm ki, bu hesabat BMT-yə qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfindən təqdim edilməyib. BMT-nin rəsmi saytında yalnız bu təşkilatın üzvlərinin hesabatları dərc edilə bilər. Ona görə də deyə bilərəm ki, bunu yalnız Ermənistan Respublikası edə bilərdi”.

Bunu ONA-ya müsahibəsində rusiyalı ekspert Oleq Kuznetsov qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatının BMT-nin rəsmi saytında yerləşdirilməsini şərh edərkən deyib.


Oleq Kuznetsov qeyd edib ki, BMT-nin Nizamnaməsinə əsasən, qurumun hər bir üzvü öz statusuna uyğun olaraq hesabatlar dərc edə bilər, sənədin məzmununa görə də həmin üzv ölkə məsuliyyət daşıyır: “Ermənistanın BMT-dəki nümayəndəliyinin sənədi BMT-nin sənədi deyil".

Ekspert, həmçinin, vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin xalqların sülhə hazırlanması yolu ilə həll ediləcəyinə inanmır: “Mən bu haqda hələ 2012-ci ildə yazmışam. Hesab edirəm ki, Samuel Hantinqtonun “sivilizasiyaların toqquşması” nəzəriyyəsi Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini izah edir. Çünki düşünürəm ki, bu, doğrudan da sivilizasiyaların, bir-birinə zidd dünyaların toqquşmasıdır”.

Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli mümkün deyil: “Dağlıq Qarabağ münaqişəsi qlobal geosiyasət çərçivəsində Cənubi Qafqazdan kənarda yerləşən qüvvələr tərəfindən istifadə olunur. Münaqişə Qafqazda yaradılmayıb, ona görə də onun sülh yolu ilə həlli mümkün deyil. Bu münaqişənin əsas benefisiarları nə Bakıda, nə də İrəvandadır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR