“Bunlar bu millətin nəfəsin kəsmək istəyirlər...” - Tarif Şurasının "limit" qərarına etiraz

2-05-2019, 08:32 419 dəfə baxılıb

“Bunlar bu millətin nəfəsin kəsmək istəyirlər...” - Tarif Şurasının "limit" qərarına etiraz


“Kiminsə istixanası varsa, bizə nə, getsinlər qazın limitini onlara tətbiq etsinlər”

Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov qazın limiti haqqında danışarkən deyib. R.Mahmudov bildirib ki, konkret olaraq qaza bir qiymət qoyulmalı və limiti də sadə vətəndaşlara yox, istixanası olan şəxslərə tətbiq etməlidirlər:

“Qazın kimitinin 1700 kubmetrdən 2200 kubmetrə qaldırılmasını müsbət qarşılayıram. Yaxşı addımdır. Amma demək olmaz ki, bu yetərlidir. Adamların çox indi limiti keçdiyinə görə əlavə pul ödəyir. Qazın konkret olaraq bir qiyməti olmalıdır. Qaldı ki, kiminsə istixanası varsa, bundan mənə nə, getsinlər qazın limitini onlara tətbiq etsinlər. Bunlar bu millətin nəfəsin kəsmək istəyirlər. Baxırsan ki, Tarif Şurası necə gəldi qərar qəbul edir”.

Qeyd edək ki, qazın limitinin artırılmasını millət vəkili Fazil Mustafa Milli Məclisdə təklif edib. Millət vəkili qərarı bu cür şərh edib: “Milli Məclisdə bizim təklifimiz limitin iki dəfə artırılması olmuşdu. Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı. Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR